Qarağacyarpaq evkommiya (lat. Eucommia ulmoides) — bitkilər aləminin qarriyaçiçəklilər dəstəsinin evkommiyakimilər fəsiləsinin evkommiya cinsinə aid bitki növü.
Qarağacyarpaq evkommiya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qarağacyarpaq evkommiya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cənubi Amerikada təbii halda bitir.
Hündürlüyü 20 m-ə çatan ağac olub, yumurtavari çətirə malikdir. Gövdəsinin qabığı qəhvəyi-boz rəngdə, uzununa çatlıdır. Zoğları çılpaq, açıq və ya sarımtıl-qonur rəngdədir. Tumurcuqları iti uclu yumurtavarı olub, qonur pulcuqlarla örtülmüşdür. Yarpaqları qışda töküləndir, 7-24 sm uzunluqda və 2,5-7 sm enində olub, sadə, növbəli düzülüşlü, uzunsov yumurtavarı və ya uzun ellipsvarı, ucu iti, qaidəsi dairəvi və ya enli tacvarıdır, kənarları xırda mişardişlidir. Yarpaq saplağı çılpaq, 1,5-2,5 sm uzunluqdadır. Çiçəkləri əsasən ikievlidir. Bəzi hallarda şəraitdən asılı olaraq, erkəkçiçəkli ağacların üzərində az miqdarda dişi çiçəklərə də təsadüf olunur. 5-6 yaşında, aprel ayında çiçəkləyir. Çiçək saplağı qısa, çiçəkyanlığı yoxdur. Erkək çiçəkləri 4-10 erkəkcikdən ibarət olub, 1 sm uzunluğundadır. Dişi çiçəkləri tək-tək yerləşir. Yumurtalığı ikiyuvalı və iki yumurtacıqlıdır. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvəsi biryuvalı, qanadlı, dərivari, uzunsov ellips şəklində olub, birtoxumlu qutucuqludur, ucunda çökəklik vardır. Toxumu ensiz-oval formalıdır. Kök sistemi torpağın üst qatında yerləşmiş olur. Toxumla və vegetativ yolla çoxalır.
Yayın istisinə və quraqlığına davamlı olmaqla bərabər tez böyüyür və inkişaf edir.
Böyük Qafqazda və Lənkəranda rast gəlinir.
Oduncağı sarı rəngdədir, bərk, yaxşı yonulur; müxtəlif məqsədlərdə işlədilə bilər. Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.