Euonymus europea

Avropa gərməşovu (lat. Euonymus europaeus)[2] [3]gərməşovkimilər fəsiləsinin gərməşov cinsinə aid bitki növü.[4]

Avropa gərməşovu
20131018Pfaffenhuetchen4.jpg
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hündürlüyü 2-4 (5) m, hamar küt dördtilli budaqları olan, kol və ya balaca ağacdır. Cavan budaqları yaşildır, daha sonra isə tilləri mantar törəmə ilə örtülür. Yarpaqları azacıq qalındərilidir, töküləndir, ellipsvari-neştərşəkilli, enli oval və yaxud uzunsovdur, uzunluğu 2-7 (10) sm, eni 1,5-4 (6) sm-dir. Kənarlardan bərabər kiçik dişli, üst tərəfdən çılpaq, alt tərəfdən damarlar boyunca qısa yumşaq tüklüdür. Saplağı qısadır, uzunluğu 2-14 mm-dir.

Yarımçətirləri seyrək çiçəklidir, yarımçətirdəki orta çiçək adətən tam inkişaf etməmişdir. Ləçəkləri 4 ədəd olub, kütdür, sarımtıl-yaşılımtıldır, uzunluğu 5 mm-dir.

Qutucuq uzunluğu 8-12 mm-dir, əyiləndir, şarşəkilli-armudvaridir, küt dörd bölümlüdür, qanadsızdır, hamar və çılpaqdır, yetişənə yaxın parlaq çəhrayı rəngdə olur, qutucuğun hər yuvasında bir toxum olur, nadir hallarda toxumların sayı 2 ədəd olur. Toxumları əksinəyumurtaşəkillidir, tamamilə narıncı örtüklə örtülmüşdür.

May (bəzən aprel) və iyun aylarında çiçəkləyir. Sentyabr və oktyabr aylarında bar verir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənkəran dağ. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Yarpaqlı meşələrdə, cayların sahilində, meşə kənarlarında, cayətrafı kolabənzər cəngəlliklər arasında, bağlarda, hasarların dibində, yarğan vəqobular boyunca dağınıq nümunə və qruplarla rast gəlinir.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Tərkibində kaucuk olan bitkidir. Oduncağı qədimdən müxtəlif xırda məmulatların (diş çöpü, çəkməmıxı, çubuq, mil, ox) hazırlamasında istifadə olunur. Meyvələrindən alınan toz xalq təbabətində qoturlu və parazitlərə qarşı işlənir. Dekorativ əhəmiyyətli bitkidir.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753.C. 1. səh. 197.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı: Elm, 1998.
  3. Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı. Bakı: 2016.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası. Bakı: 2009.