Evakuasiya Günü — 25 noyabr 1783-cü ildə, ABŞ İstiqlal müharibəsindən sonra Britaniya hakimiyyətinin son qalıqlarının Nyu-Yorkdakı Manhetten ərazisini tərk etdiyi gün. Britaniyalıların evakuasiyasından sonra general Corc Vaşinqton Kontinental Ordunu şəhərə daxil etmişdir. Müharibənin son gülləsi britaniyalı atıcının Nyu-York buxtasının girişində Staten-Aylend sahilində toplaşan istehzalı qışqıran kütləyə topla atəş açması zamanı atılmışdır. Bu zaman heç kim xəsarət almamışdır, top gülləsi sahildən bir az yan keçərək suya düşmüşdür.[1]