Corc Vaşinqton

Corc Vaşinqton (ing. George Washington; 22 fevral 1732[1][2][…]14 dekabr 1799[3][1][…], , Virciniya[5][6][…]) — ABŞ-nin dövlət xadimi. ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun baş komandanı, ABŞ-nin ilk Prezidenti (1789–1797), ABŞ-nin bani atalarından biri.

Corc Vaşinqton
ing. George Washington
30 aprel 1789 – 4 mart 1797
Vitse-prezidentCon Adams
Əvvəlkivəzifə təsis olunub.
SonrakıCon Adams
Amerika Birləşmiş Ştatları ordusunun generalı
ƏvvəlkiCeyms Uilkinson
SonrakıAleksandr Hamilton
Kontinental Ordunun Ali Komandiri
ƏvvəlkiHenri Knoks
Şəxsi məlumatlar
Doğum tarixi 22 fevral 1732(1732-02-22)[1][2][…]
Vəfat tarixi 14 dekabr 1799(1799-12-14)[3][1][…] (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi, fermer, xəritəşünas, mühəndis, dövlət xadimi, inqilabçı, yazıçı, ordu zabiti[d]
Həyat yoldaşı
Uşağı 1 adopted child
Dini episkopal kilsə[d], masonluq
Hərbi xidmət
Qoşun növü Kontinental Ordu, Amerika Birləşmiş Ştatları Quru Qoşunları
Döyüşlər
Rütbəsi polkovnik

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1753–1754-cü illərdə Virciniyadakı könüllü hərbi birləşmələrdən birinə rəhbərlik etmişdir. 1759-cu ildə polkovnik rütbəsində istefaya çıxmış, 1759–1774-cü illərdə Virciniya qanunvericilik məclisinin deputatı olmuşdur. 1787-ci ildə Vaşinqtonun sədrliyi ilə ABŞ Konstitusiyası hazırlanmış və yeni paytaxtın salınması üçün Potomak çayı sahilindəki yeri Corc Vaşinqton seçmişdir. Şəhər əvvəllər onun şərəfinə Corctaun, sonra isə Vaşinqton adlandırıldı.

Corc Vaşinqton varlı fermer ailəsində dünyaya gəlmişdir. Onun ailəsi böyük fermer təsərrüfatına və çoxlu qullara sahib idi. Corc mükəmməl təhsil almamışdır. Gənc yaşlarından başlayaraq 3 sahəni sınadı: fermer olmaq, əsgər olmaq və siyasətçi olmaq. 3-cü sahədə daha uğurlu oldu.

Corc Vaşinqton adı Amerika tarixinə böyük hərflərlə yazılmış şəxsiyyətlərdəndir. O, on üç koloniyanın əvvəl suveren respublikalar ittifaqına, sonra dünyada ilk federal dövlətə çevrilməsində mühüm rol oynamışdır. Virciniyada keçirilən ilk Kontinental konqresdə qətiyyətlə İngiltərənin müstəmləkə siyasətinə qarşı çıxanlardan olmuşdur. Amerika hərbi qüvvələrinin Ali Baş Komandanı kimi hərbi müqaviməti təşkil və ona rəhbərlik etmiş, səkkiz il davam edən müharibə Amerikanın tam müstəqilliyi ilə nəticələnmişdir.

1789-cu il fevral ayının 4-də keçirilən prezident seçkilərində Corc Vaşinqton ABŞ-nin ilk prezidenti seçilir. Səslərin sayına görə ikinci yeri tutan Con Adams Konstitusiyanın müvafiq maddəsinə əsasən vitse-prezident olur. Prezident olaraq ilk gördüyü iş hakimiyyətin icraedici orqanlarını yaratmaq olur. Bunun üçün o, ətrafına intellektual və bacarıqlı şəxsləri toplayır. Aleksandr Hamilton maliyyə, Tomas Cefferson beynəlxalq əlaqələr, Henri Noks hərbi məsələlər,Edmund Rendolf ədliyyə naziri təyin edilir. Bu dövrdə federalistlər xalq kütlələrinin təzyiqi altında konstitutsiyaya ilk 10 əlavəni etdilər. (1791) Fransa inqilabı 2 partiya arasında mübarizəni daha da kəskinləşdirdi. Federalistlər əsasən İngiltərə ilə əməkdaşlıq etmək kimi xarici siyasət kursu yeridirdilər.

1794-cü ildə ABŞ ilə İngiltərə arasında bağlanmış ticarət müqaviləsi ölkədə böyük narazılıq yaratdı. Ceffersonun başçılığı altında olan respublikaçılar Fransa inqilabına rəğbətlə yanaşırdılar. 1793-cü ilin aprelində Vaşinqton konqreslə məsləhətləşmədən Avropada Fransaya qarşı aparılan müharibələrdə ABŞ-nin bitərəfliyini elan etdi. Əslində Vaşinqton İngiltərə ilə yaxınlaşmağa meyil edirdi. Mövcud demokratik klublar federalistlərin xarici siyasətini tənqid edirdilər. Antibritaniya hərəkatı elə geniş vüsət alır ki, ABŞ hökuməti 1794-cü ildə İngiltərə ilə ticarət əlaqələrini kəsir, o vaxta kimi ki, İngiltərə öz qoşunlarını 1783-cü il Paris sülhünün şərtlərinə əsasən şimal qərb fortlarından çıxarsın. 1794-cü ildə buğdadan viski düzəltməyə görə əlavə vergi qoyulması Qərbi Pensilvaniyada, Qərbi Virginiyada silahlı hərəkatın başlanmasına səbəb oldu. Cəmiyyətdə olan böyük nüfuzuna baxmayaraq o, ikinci dəfə prezident seçilmək istəmirdi. Vaşinqton, xüsusən T. Ceffersonun ciddi təkidlərindən sonra öz namizədliyini irəli sürür və 1792-ci il seçkilərində ikinci dəfə ABŞ-nin prezidenti seçilir. 1796-cı ilin yazından, Vaşinqton xalqa vida müraciətini hazırlayır. O, 1792-ci ildə yazılmış müraciəti A. Hamiltonun köməyi ilə yenidən işləyir və bu müraciət 1796-cı il 19 sentyabrda qəzetlərdə çap olunur. İstefaya çıxdığı 15 mart 1797-ci il tarixindən sonra Maunt-Vernon malikanəsində yaşamağa başlayır və Filadelfiyaya etdiyi qısamüddətli səfərləri nəzərə almasaq buranı heç vaxt tərk etmir.

Ağ Evi tikdirmək əmri versə də, heç vaxt orada yaşamadı.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]