Evtrof göl- ali bitkilərin, yosunların və fitoplanktonların inkişafı üçün zərəri olan gölə deyilir. Evtrof göldə suyun reaksiyası qələvidir(pH=7,5-9,0). Evtrof göldə bol inkişaf edən bitkilər heyvan orqanizmləri tərəfindən tam istifadə edilə bilmədiyindən onların qalıqları dibə çökərək sapropel lil qatını əmələ gətirirlər. Ayrı- ayrı evtrof göldə sapropel qatının qalınlığı 20-30m-ə çata bilər. Dibdə, oksigen çatışmamazlığı şəraitində üzvü maddələr tam paraçalanmadığından sapropel piy və zülal elementləri ilə zəngin olur. Sonrakı mərhələdə sapropellər tədricən minerallaşır və müxtəlif növ saprolitləri- saprokol, saprpel kömürünü və yanar şistləri əmələ gətirir. Evtrof göllər isti qurşağın ekvatorial və savanna, mülayim qurşağın meşələr və meşə-çöl zonalarında yayılmışdır.[1]