Exxen

ExxenAcun Ilıcalının qurduğu və 1 yanvar 2021 tarixindən etibarən yayımlanmağa başlayan bir rəqəmsal məzmun platformasıdır.[1][2][3]

Exxen
Loqonun şəkli
URL Exxen
Kommersiya Bəli
Tipi Rəqəmsal məzmun platforması
Qeydiyyat vacibdir
İstifadəçi sayı 500 min (3 yanvar 2021)
Sahibi Acun Ilıcalı
Açılma tarixi 1 yanvar 2021
Hazırkı statusu aktiv
Şüar Türkiyənin Rəqəmsal Platforması

Acun Medya-nın qurucusu və sahibi Acun Ilıcalı tərəfindən qurulan və 2021-ci ildə yayım həyatına başlayan Exxen, 24 sentyabr 2020-ci il tarixində Acun Ilıcalının İnstaqram hesabından "Tezliklə yeni rəqəmsal platformamız Exxen-də bir araya gələcək." elanı ilə təqdim edildi.[4]

Platforma üçün 1500 nəfərlik bir komanda yaradıldı. Acun Ilıcalı tərəfindən platformanın pulsuz bir seçimi olmayacağını və reklamlı və reklamsız iki ödənişli paket olacağı bildirildi. Platformanın illik büdcəsinin 900 milyon TL olacağını açıqladı.

Platformada seriallar, realiti şoular, müsabiqələr, sənədli filmlər və uşaq proqramları kimi fərqli yaş qruplarına xitab edən əsərlərin yer alacağı açıqlandı. Bundan əlavə, ticarət səbəblərindən televiziyada yayımlana bilməyən 20 və ya 40 dəqiqəlik qısa məzmunun platformada yayımlanacağı bildirildi. Əli Taranın təklifi ilə platformanın adı Exxen olaraq təyin olundu.

Exxen-də reklam ilə yayımlanan məzmuna giriş aylıq 9.90 TL, reklamsız məzmun isə aylıq 19.90 TL-dir.

  1. "Acun Ilıcalının-platforması [[Exxen]]-də nələr olacaq?". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-27.
  2. Acun Ilıcalının rəqəmsal platformasında hansı proqramlar yayımlanacaq? Özəl Xəbər Webrazzi. 9 oktyabr 2020. 11 oktyabr 2020-ci il tarixində arşivləndi. Yayım tarixi: 9 oktyabr 2020.
  3. Acun Ilıcalının platforması Exxen-də yayımlanacaq proqramlar T24 11 oktyabr 2020 tarixində arşivləndi. Yayım tarixi: 9 oktyabr 2020.
  4. "Instagram @acunilicali". www.instagram.com. 24 sentyabr 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]