Acun Medya – 27 sentyabr 2006-cı ildə qurulan media sektorunda fəaliyyət göstərən bir şirkət. Ticarət otağı qeydlərinə görə şirkət Acun Ilıcalı, Esad Yöntunç, Çaykun Ərtan, Alpay Kazan, Mustafa Kazan və Evrən Çağlar tərəfindən 3.060.000 TL sərmayə ilə quruldu. Şirkətin sahibi Acun Ilıcalıdır və şirkət daxilində əksər televiziya proqramlarına da ev sahibliyi edir. Şirkətin telelayihələrinə TV8 də daxildir.
Acun Medya | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Anonim şirkət[d] |
Təsis tarixi | 27 sentyabr 2006 |
Baş qərargahın yeri | Türkiyə, İstanbul |
Rəhbərlik | |
Təsisçi | Acun Ilıcalı |
acunmedya.com |
Acun Medya daha çox yarış proqramları istehsal edir. İlk dövrdə layihələrin çoxu Show TV-də yayımlandı, bundan sonra bir çox istehsal Acun Medyaya məxsus TV8-ə köçürüldü. Fear Factor, Survivor-Nəhənglər Liqası, Var Mı San Yox Mu San, İstedad Sizsiniz Türkiyə, O Səs Türkiyə proqramlarının təqdimatını da Acun Ilıcalı özü edirdi. Bundan əlavə, Uğur Dündarın apardığı Bu, yoxsa yuxudur? və Bəhzad Uyğurun apardığı Söylə Söyləyə Bilirsənsə kimi proqramları Acun Medya tərəfindən istehsal edilmişdir.
Acun Medya, Türkiyədəki proqramlarla yanaşı, Yunanıstandakı Survivor Greece, The Voice of Greece, Ellade Exeis Talento ve Power of Love kimi proqramları da istehsal edir. 2017-ci ildə Braziliya və Meksikada, 2018-ci ildə isə Rumıniyada başladılan sözügedən yarışma proqramının 2018-ci ildə Kolumbiya və ABŞ-də yayımlanması planlaşdırılırdı. 2020-ci ildə Netflix yarışması "Exatlon Challenge Türkiye" proqramı da yayımlandı. EXXEN adlı yayım platforması 1 yanvar 2021-ci il tarixindən etibarən istifadəyə verildi.
Şirkət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |