Eymos Riçards Eno (ing. Amos Eno; 1 noyabr 1810[1] – 21 fevral 1898[1]) ― ABŞ daşınmaz əmlak investoru və kapitalist. O, Beşinci Prospekt hotelini inşa etdirmişdi, bundan başqa o, Brodvey küçəsində və Beşinci prospektdə bir çox binalar tikdirmiş və orada 20-40 milyon ABŞ dollarlıq nəzərə çarpan bir ailə sərvətini qurdu.[2]
Eymos Riçards Eno 1 noyabr 1810-cu ildə Konnektikut ştatının Simzburi şəhərində anadan olmuşdur.
Eymos R. Eno 21 fevral 1898-ci ildə vəfat etdi. Vəfat zamanı sərvəti 20 ilə 40 milyon dollar arasında qiymətləndirilirdi.
Mərhumun şəkillərinə əsasən İstmen Consonun çəkdiyi Eymos Enonun portreti Enonun vəfatından sonra, 1899-cu ildə, ailəsi tərəfindən sifariş edilmişdir və Nyu-York Dövlət Muzeyində saxlanılır.[3]