Eyvaz Kərimov

S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
1.
Kazımov Azay Sada oğlu
əsgər
1973-cü ildə Göyçə mahalının Zod kəndində "Zərgərlilər" tayfasında anadan olmuşdur. 1988-ci ildə Göyçədən deporyasiya olunduqdan sonra Xanlar rayonunda məskunlaşmışdır. Hərbi xidmətə Naxçıvanın Sədərək rayonuna göndərilmişdir. 1993-cü ilin ortalarında erməni daşnaklarından Sədərəyin qorunmasında xüsusi fəallıq göstərmiş və taqım komandiri təyin edilmişdir. Bir müddətdən sonra Bakı şəhərinə oradan isə Goranboy cəbhəsinə göndərilmişdir. Ağdamın ağır günlərində döyüşçü yoldaşları ilə birlikdə Ağdam cəbhəsinə köməyə getmiş və bir neçə qanlı döyüşlərin iştirakçısı olmuşdur. Düşmənin tankını heyıti ilə birlikdə məhv etdiyinə görə pul mükafatına layiq görülmüşdür. Azay Ağdamdan Füzuli cəbhəsinə göndərilir. Bir gün Füzulidə 28 erməni hərbçisi olan avtobusu atəşə tutmuş və maşında olan hərbi sursatı komandanlığa təhvil vermişdir. 15 yanvar 1994-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhid oldu. Ölümündən sonra gizir Azay Sada oğlu Kazımov Azərbaycan Respublikasının prezidentinin 9 oktyabr 1994-cü il tarixli əmri ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur. Göygöl rayonunda Hacıkəndə gedən mərkəzi küçə Azay Kazımovun adını daşıyır.
2.
Kərimov Eyvaz Əzizağa oğlu
əsgər
10 dekabr 1975-ci ildə Biləsuvar rayonu Amankənd kəndində anadan olub. 1994-cü il aprel ayının 27-də Ağdamın Güllücə kəndində qəhrəmanlıqla şəhid olmuşdur. Amankənd kənd tam orta məktəbi Eyvaz Kərimov adını daşıyır.
3.
Kərimov Heydər Bəybala oğlu
polis
13 oktyabr 1973-cü ildə Sumqayıtda doğulmuşdur. 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. 19 noyabr 1992-ci il tarixdə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir.[1] Məzarı Bakı şəhərindədir.
  1. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.