Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Eyvaz Zeynalov (tam adı: Zeynalov Eyvaz Mahmud oğlu; 18 yanvar 1950, Qiyaslı, Ağdam rayonu) — Azərbaycan yazıçısı.
Eyvaz Zeynalov | |
---|---|
Zeynalov Eyvaz Mahmud oğlu | |
Doğum tarixi | 18 yanvar 1950 (74 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
18 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olub. Tanınmış yazıçı ilk və orta təhsilini Ağdam şəhər 1 nömrəli məktəbində almış və bu məktəbi əla qiymətlərələ bitirmiş,1973-cü ildə V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini bitirmişdir.
“Qəlibə sal” adlı ilk hekayəsi hələ orta məktəbin 9-cu sinfində oxuyarkən “Lenin yolu” qəzetində çap olunub. 2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülüb, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri olub.
2010-cu ildə Azadlıq radiosunun “Ədəbi azadlıq” kiçik hekayə müsabiqəsinin qalibi olub və 1-ci yeri tutub.
1990-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” (povest, hekayələr) adlı ilk kitabı çapdan çıxmıb. 1999-cu ildə “Bahalı şokolad qutusu”, 2007-ci ildə “Qırmızı almalar” (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə “Qarabağ hekayələri” (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə “Hekayələr”, 2008-ci ildə “Qış günəşi” (povestlər, hekayələr), 2013/14-cü ildə “Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”) kitabı, 2014-cü ildə “Tələ” romanı, 2015-ci ildə “Alın yazısı” romanı, “Ömrə atılan daş” romanı çap edilib.
2010-cu ildə Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində “Uşaq hekayələri və nağıllar” adlı kitabı çap olunub.
2011-ci ildə Türkiyədə, Ankarada Türkiyə türkcəsində “Kara(b)ağlayan Hikayeler” kitabı çıxıb.
2012-ci ildə Amerikada ingiliscə çap olunan “Müasir Azərbaycan nəsr antologiyası” kitabında 4 hekayəsi gedib.
2015-ci ildə Almaniyada alman dilində “Bələdçi” romanı;
2015-ci ildə İstanbulda türk dilində “Əski bisilklet” hekayələr kitabı çap edilib.
Orta məktəblərin Azərbaycan dili və Ədəbiyyat kitablarında hekayələri tədris olunur. 2019-cu ildən Eyvaz Zeynalovun əsəri Ədəbiyyatdan qəbul proqramına (imtahan testi) salınıb.
Əsərləri rus, türk, ingilis, gürcü, qırğız, krımtatar və s. dillərə tərcüm edilib.
Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin, Gürcüstan Yazıçılar Milli Akademiyasının üzvüdü.
1.“Rəngsiz yuxu” (povest, hekayələr)-(Yazıçı, 1990)
2.“Bahalı şokolad qutusu” (1999)
3.“Qırmızı almalar” (2007)
4.“Qarabağ hekayələri” (2009)
5.“Qış günəşi” (povestlər, hekayələr) - (2008)
6. “Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”) - (Qanun, 2013)
7.“Tələ” romanı (2014)
8. “Alın yazısı” romanı (2015)
9. “Uşaq hekayələri və nağıllar” (azərbaycan və gürcü dillərində) 2010 Tiflis
10. “Kara ağlayan hikayeler” (türkcə) 2011 Ankara
11. “Bələdçi” romanı 2015 Almaniya
12. “Əski bisiklet” (türk dilində) 2015 İstanbul
13. "Kəşfiyyatçılar"
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |