F&F Tower və ya keçmiş adı ilə İnqilab qülləsi — Panamanın paytaxtı Panama şəhərində yerləşən ofis qülləsi. Tikintisi 2011-ci ildə başa çatdırılmışdır. Göydələn 2011-ci ilin top-10 göydələnindən biri seçilmiş, dizaynına və funksionallığına görə Emporis Göydələn Mükafatında 7-ci yerdə göstərilmişdir. Panama şəhərinin simvolik tikililərindən biridir.[2]
F&F Tower | |
---|---|
| |
Keçmiş adları | İnqilab qülləsi |
Ümumi məlumatlar | |
Status | Tamamlandı |
Növü | ofis |
Ünvan | Kalle 50, Bankariya bölgəsi |
Ölkə | Panama |
Şəhər | Panama |
Koordinatlar | 8°58′48″ şm. e. 79°31′12″ q. u.HGYO |
Tikintisinin başlaması | 2008[1] |
Tamamlanıb | 2011[1] |
Hündürlük | |
Dam örtüyü | 242,9 m |
Texniki detallar | |
Mərtəbə sayı | 52[1] |
Mərtəbə sahəsi | 60.753 m2[1] |
Dizayn və konstruksiya | |
Memar | Pinzón Lozano & Asociados[1] |
İnkişaf etdirən | F&F Properties Ltd. Inc.[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi hündürlüyü 242,9 metrdir. Hündürlüyünə görə Panamada 9-cu, Latın Amerikasında 14-cü yerdədir. Tikintisi zamanı şüşə və gücləndirilmiş betondan istifadə edilmişdir.