Fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması[1] (ing. Recovery as a service, RaaS[2] və ya ing. disaster recovery as a service, DRaaS) — bulud hesablama kateqoriyası. Tətbiqləri və ya verilənləri müxtəlif təhlükələrdən qorumaq üçün istifadə olunur. Bu təhlükələrə təbii fəlakətlər və ya xidmətin dayandırılması daxildir. Belə hadisələr müəyyən bir yerdə baş verir. Qoruma buludda tam bərpa yolu ilə aktivləşdirilir. RaaS bulud əsaslı ehtiyat xidmətlərindən fərqlənir. Bu, verilənləri qoruyur və tələb olunduğunda gözləmə rejimində hesablama qabiliyyəti təklif edir, tətbiqin daha sürətli şəkildə bərpasına nail olur. RaaS bulud hesablama modelində işləyir və bərpa resursları yalnız istifadə edildikdə ödənilir. Bu üsul resursların davamlı olaraq aktiv olmasını tələb edən ənənəvi fəlakətin bərpası sahələrindən daha səmərəlidir. Bu, bulud hesablama nomenklaturasının bir hissəsi hesab olunur.[3]
Azərbaycanda bu xidməti "AzInTelecom" təklif edir.[4]
RaaS memarlıq modelləri ilkin və ya mənbə istehsal tətbiqinin və ya məlumatın yerindən asılı olaraq dəyişir.
Qum qutuları RaaS üsullarının ümumi xüsusiyyətidir. RaaS qum qutusu RaaS qorunan tətbiqinin sınaq kopyasının yerləşdirilə və sınaqdan keçirilə biləcəyi infrastruktur resursları hovuzudur. Qum qutusu kopyasının şəbəkəyə daxil olması məhdudlaşdırılmışdır və bu, yalnız sistem administratoru üçün əlçatandır. Bu, işləyən tətbiqi pozmadan RaaS bərpa prosesini sınamaq üçün istifadə olunur. Qum qutusu bulud olduğuna görə resurslar tələb əsasında yaradılır, istifadə zamanı ödənilir və bərpa testi başa çatdıqdan sonra atılır.[7]
Daha çox korporasiya texniki infrastrukturunu bulud xidmətlərinə köçürdüyü üçün ehtiyat kopyaya ehtiyac artmaqda davam edir. "Microsoft" kimi böyük bulud xidməti təminatçılarına güvənən şirkətlər çox vaxt öz verilənlərinin ehtiyat kopyasını çıxarmaq və onları bərpa etmək üçün məsuliyyət daşıdıqlarından xəbərsizdirlər.[8]
Bu məlumatlılıq artdıqca, fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması bazarının böyüməsi gözlənilir. 2017-ci ildə fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması üzrə dünya bazarı 2 milyard ABŞ dollarına yaxınlaşmışdır. Bəzi ekspertlər onun 2023-cü ilə qədər 13 milyard ABŞ dollarına çatacağını proqnozlaşdırmışdılar.[9]