Bu məqalə qaralama halındadır. |
Fövqəlinsan (alm. Übermensch) — obraz, Fridrix Nitsşenin "Zərdüşt belə deyirdi" adlı əsərində istifadə etdiyi fəlsəfi termin. Nitsşeyə görə fövqəlinsan insan təkamülünün bir sonrakı mərhələsidir.[1]
Fövqəlinsan sözü ilk dəfə romalı yazıçı Lusian tərəfindən "Hyperanthropos" olaraq istifadə edilmişdir. Latın dilindən tərcümədə hyper — üst və anthropos — insan mənasını ifadə edir.
Fridrix Nitsşe 1882-ci ildə qələmə aldığı "Zərdüşt belə deyirdi" adlı əsəri "fövqəlinsan" və "əbədi təkrar" qavramlarına əsaslanır. Fövqəlinsan simasında o, hər şeydən əvvəl Zərdüştün özünü təsvir edirdi. Nitsşe ona ən yüksək qəhrəmanlıq və yetkinlik sifəti verirdi. Zərdüşt obrazında o, özünün kamil dostunu yaradaraq, onun dili ilə özünün ali məqsədini çatdırırdı. Nitsşe yazırdı:
Sizin aranızdakı ən müdrik adam da bitki ilə kabusun (xəyalın) yalnız pozğun qarşılığıdır. Məgər mən imkan verərəm ki, siz kabus və yaxud bitki olasınız?..
Fövqəlinsan yerin mənasıdır. Qoy sizin iradəniz (volyanız) desin: fövqəlinsan yerin mənası olsun |
Nitsşeyə görə meymun insanın gözündə nədirsə, insan da fövqəlinsan üçün elə olmalıdır. "İnsan" "fövqəlinsan"la "heyvan" anlayışları arasındakı mərhələdir.
Nitsşe hesab edirdi ki, insana yuxarıya, elə bir dünyaya can atmaq lazımdır ki, o, varlıq əzabından daha yüksəyə qalxa bilsin. Beləliklə, insan — insan olaraq qalmamalıdır, ona fövqəlinsan olmaq qisməti verilib. Fövqəlinsan həyatda yalan, əzab-əziyyət, düşmənçilik gətirən nə varsa, hamısını etməlidir. Avropanın çoxəsrlik ənənəsi kimi xristinalığın tənqid edilməsi və zərdüştlüyün tərif edilməsi bu əsas müddəa ilə bağlıdır. Nitsşe hesab edirdi ki, məhz xristianlıq əsrlər boyu insanın qəbul etdiyi bütün həqiqəti alt-üst etdi və bu həqiqətin yerinə tamamilə uydurma fikirlər gətirdi.