Fürstenştayn qəsri

Ksyonj qəsri və ya Fürstenştayn qəsri (pol. Książ) — Polşanın Valbrzix şəhərində yerləşən və XIII əsrdə tikilən qəsr.

Ksyonj qəsri
Xəritə
50°50′32″ şm. e. 16°17′30″ ş. u.HGYO
Ölkə  Polşa
Şəhər Valbrzix
Tikilmə tarixi XIII əsr
Üslubu qotik, barokko, rokoko
Vəziyyəti muzey
Rəsmi sayt en.ksiaz.walbrzych.pl
İstinad nöm.598174
KateqoriyaSaray
ƏhəmiyyətiDünya əhəmiyyətli
Ksyonj qəsri (Polşa)
Ksyonj qəsri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəsr XIII əsrdə Svidnika və Yavor şahzadəsi I Bolko tərəfindən inşa etdirilmişdir. Tarixdə bir çox dəfə sökülüb yenidən tikdirilmişdir. 1509–1941-ci illəri arasında yerli idarə orqanları tərəfindən idarə olunmuşdur. 1941-ci ildə qəsr Nasistlərin əlinə keçmiş, qərargahları kimi istifadə etmiş və qəsrə böyük ziyan vermişdilər. Almanların qəsrin altında tunellər qazması qəsrin memarlıq quruluşuna xələl gətirmişdir. Almanlardan sonra qəsri tutan SSRİ qüvvələri qəsrdən qala kimi istifadə etməyə başlamışlar. İkinci dünya müharibəsində qəsr böyük zərər görmüşdür. Müharibədən sonra təmir edilmişdir. 1962-ci ildən Yerli Abidələrin Qorunması Qurumunun qoruması altındadır. Qəsr muzey kimi istifadə olunur və barakko tərzindədir.