Füzuli Musayev (Gəncə) — Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti, Karate üzrə 8-ci dan qara kəmər sahibi, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü.
Füzuli Musayev |
---|
|
Vətəndaşlığı |
|
Doğum yeri |
|
Təhsili |
|
Füzuli Musayev Gəncədə fəhlə ailəsində anadan olmuş, orada böyümüş və cavanlığı da elə orada keçmişdir. O, böyük idmana 20 yaşında gəlmişdir. İdmanla fərdi məşğul olmuşdur. Karate ilə məşğul olmuş və iki dəfə dünya çempionu adını qazanmışdır. Sonralar taekvondo ilə məşq etmiş və Şərq döyüş növlərindən taekvondo olimpiya idman növü olduğuna görə onu bir mütəxəssis kimi bura təyin ediblər.
- 2001-ci ildən Füzuli Musayev Azərbaycan Taekvondo Federasiyasının I Vitse Prezidenti vəzifəsini həyata keçirir[1].
- Arxangelsk vilayətində hərbi qulluq etmişdir. Əsgərlikdən sonra vətənə qayıdanda Gəncədə karate ilə bağlı məktəb olmadığından Bakıya üz tutmuş, Lenin adına zavodda işə düzəlmiş, yataqxanada qalmışdır. İlk karate müəllimi Azad Kazımov olmuşdur. Azad Kazımov ona əvvəl cüdodan, sonra karatedən məşq keçmişdir. Orada yavaş-yavaş öyrənməyə başlamış və 6 aydan sonra Azərbaycan çempionu olmuşdur. Daha sonra dəfələlərə Azərbaycan çempionu 1990-ci illərdə isə SSRİ çempionu adına layiq görülmüşdür.[2] O vaxtı karate yazılmadığından əlbəyaxa döyüş üzrə idman ustası adına layiq görülmüşdür. İlk böyük qələbəsi elə bu zaman olmuşdur. Daha sonra komanda olaraq Avropa çempionu, Yaponiyada dünya üçüncüsü, 1995-ci ildə Meksikada dünya çempionu olmuşdur.
- 1997-ci ildə Avstraliyada ikinci səfər dünya çempionu olmuşdur. O, 33 yaşı olanda ilk dəfə, 35 yaşında isə ikinci dəfə dünya çempionu olmuşdur.
- 1986-cı ildən 1997-ci ilə kimi, 20 ilə yaxın polis kimi çalışmışdır. Cinəyatkarlığa qarşı mübarizənin kiçik inspektorluğundan baş inspektorluğuna kimi qalxmışdır. Polis Akademiyasını bitirmiş və polisdə çalışdığı zaman karate onun çox dayağında olub. Elə anlar olub ki, cinayətkarla əlbəyaxaya düşmüş, vurub onu yıxmışdır.
- Ülvi Quliyevlə birlikdə 1992-ci ilin noyabrının axırında Yuqoslaviyada keçirilən Avropa çempionatına qatılmış, şəxsidə ikinci olmuşdur.[3]
Azərbaycan Karate Federasiyasının İdarə heyəti
Milli Olimpiya Komitəsi - Füzuli Musayev