Füzuli Nəsirov

Füzuli Əkbər oğlu NəsirovAzərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 15 №-li laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru.[1][2]

Füzuli Nəsirov
Füzuli Əkbər oğlu Nəsirov
Doğum tarixi (72 yaş)
Doğum yeri Bərdə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya üzrə elmlər doktoru
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Füzuli Əkbər oğlu Nəsirov 28.09.1952-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Bərdə şəhər 1 №-li orta məktəbinə daxil olmuş, 1968-ci ildə yeni açılmış 5 №-li orta məktəbə köçürülmüş və 1969-cu ildə həmin məktəbi əlaçı attestatı ilə bitirmişdir. F.Ə.Nəsirov 1970-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1975-ci ildə oranı əla qiymətlərlə başa vuraraq, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna işləməyə göndərilmişdir. Həmin zamandan bu günə qədər F.Ə.Nəsirov bu İnstitutda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, baş elmi işçi, qrup rəhbəri vəzifələrində çalışmış və hal-hazırda laboratoriya müdiridir. Füzuli Nəsirov 1978-ci ildə İnstitutun aspiranturasına daxil olmuş, oranı müvəffəqiyyətlə bitirərək 1983-cü ildə “Nikel (kobalt) üzvi ditiotörəmələri əsaslı katalitik sistemlər iştirakı ilə aşağı molekül kütləli polibutadienlərin alınması prosesının ışlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) namizədlik dissertasiyası müdafiə etmiş və kimya üzrə elmlər namizədi elmi dərəcəsi almışdır. Füzuli Əkbər oğlu Nəsirov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 2003-cü ildə “Polibutadienlərin alınması və stabilləşdirilməsi üçün bifunksional katalitik ditiosistemlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1985-ci ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi elmi adına layiq görülmüşdür. O, 1975-2000-ci illərdə AMEA NKPİ-də mühəndis, kiçik və böyük elmi işçi, 1989-1995-ci illərdə “Metalkompleks kataliz proseslərinin texnologiyası” qrupunun rəhəri, 1995-2014-cü illərdə “Metalüzvi kataliz prosesləri” laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən indiyə qədər “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının (15 №-li lab.) müdiri vəzifəsində çalışır. Ailə vəziyyəti: evlidir, 3 oğlu var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi fəaliyyətə 1975-1978-ci illərdə propilenin heterogenləşdirilmiş katalizatorlar üzərində dimerləşməsi sahəsində tədqiqatlarla başlayan F.Ə.Nəsirov, 1978-ci ildən butadienin polimerləşməsi sahəsində tədqiqatlara başlamışdır. 1978-1983-cü illərdə butadienin Ni-ditiobirləşmələri iştirakı ilə maye kauçuklara polimerləşməsi sahəsində apardığı elmi tədqiqatlar Yefremov Sintetik Kauçuk zavodunda (YSKZ-Tula vilayəti, Rusiya) sənaye tətbiqi ilə nəticələnmişdir. 1983-cü ildən davam edən tədqiqatlar butadienin yüksək aktivlikli Co-tərkibli katalitik ditiosistemlər iştirakı ilə yuxarı molekul kütləsinə malik 1,4-sis polibutadien, 1,4-sis+1,2-polibutadien və sindiotaktik kristal 1,2-polibutadienin alınmasına həsr olunmuşdur. Bu katalizator və proseslər də YSKZ-da sənaye miqyasında müvəffəqiyyətlə sınaqdan çıxarılmış və tətbiq üçün tövsiyə olunmuşlar. Son illər F.Ə.Nəsirovun elmi fəaliyyəti ion-maye mühitində C3-C4 olefinlərinin (so)dimerləşməsi ilə yüksək oktanlı benzin əlavələrinin alınmasına, alkilakrilatların tənzimlənə bilən radikal polimerləşməsi ilə yağlarda yüksək qatılaşdırıcı və sərt şəraitə dayanıq qabiliyyəti olan dar molekul kütlə paylanmasına malik oliqoalkilakrilatların sintezinə, butadienin heterogenləşdirilmiş katalizatorlar iştirakı ilə qaz fazada polimerləşməsinə, alkilen oksidlərlə karbon qazının reaksiyasından alkilen karbonatların sintezinə həsr olunmuşdur. Elmi sahəsi: Olefinlərin və dienlərin dimerləşməsi, oliqomerləşməsi və polimerləşməsinin metal-üzvi katalizi və prosesləri; ion mayeləri iştirakı ilə kataliz və proseslər; nanokimya, nanokataliz və nanotexnologiya; dendrimerlər və yüksək şaxəli polimerlər kimyası və s.. Ümumilikdə 183 elmi əsərin, o cümlədən 1 kitabın, 8 kitabda məqalənin, 60 elmi məqalənin, 102 tezisin və 20 patentin həmmüəllifidir.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Onun bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə dünya miqyasında analoqu olmayan və butadienin polimerləşməsi prosesində yüksək katalitik aktivliklə yanaşı alınan polimerin stabilləşdirilməsində də yüksək effektivlik göstərən bifunksional katalizator-stabilləşdiricilərin yaradılmasının elmi əsasları işlənib hazırlanmışdır. Bunun nəticəsində butadienin polimerləşməsi üçün 4 nikel və kobalt tərkibli müxtəlif katalitik ditiosistemlər və eləcə də müxtəlif molekul kütləsinə və mikrostruktura malik polibutadienlər alınması üçün yeni proseslərin texnologiyası yaradılmışdır. Son zamanlar bir sıra ekoloji problemlərin həllinə yönəldilmiş ion mayelərinin sintezi, onların müxtəlif neft-kimya proseslərində effektiv katalizator, modifikator və ekstragentlər kimi sınaqları respublikada kifayət qədər xammalı olan monomerlərin "canlı" radikal polimerləşməsi proseslərinin tədqiqi sahəsində aktiv çalışmaqdadır.

Kadr hazırlığı

[redaktə | mənbəni redaktə et]
  • Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 4
  • Elmlər doktorlarının sayı: 1
  • Hal-hazırda 3 aspirant və 3 dissertant elmi tədqiqatlarını davam etdirilər.

Elmi titulları

[redaktə | mənbəni redaktə et]
  • "Neft-kimyası və neft emalı" jurnalının redaksiya heyətinin üzvü.
  • Dəfələrlə beynəlxalq forumlarda, konfranslarda və simpoziumlarda Azərbaycan elmini təmsil etmişdir.
  • 1982-2001-ci illərdə Yefremov Sintetik Kaçuk zavodunun (Tula vilayəti, Rusiya)
  • 2009-2015-ci illərdə isə Petkim Petrokimya Holding A.Ş. Firmasının (İzmir, Türkiyə) Baş Direktorlarının elmi məsləhətçisi olmuşdur.[3]

Əsas elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  1. Gas Phase Polymerization of Butadiene on Heterogenized Cobalt-containing Catalytic Dithiosystems. Iranian Polymer Journal, 2009, vol.18, № 7, p. 521-533.
  2. Development of green chemistry processes for metallocomplexe catalysis. Green Chemistry Research Trends / Ed. Jeffrey T. Pearlman/ Nova Publishers, 2009.
  3. Ionic liquids in catalytic processes of transformation of olefins and dienes (Review). PETROLEUM CHEMISTRY, 2007, vol.47, № 5, p. 309-317.
  4. Bifunctional nickel- or cobalt-containing catalyst-stabilizers for polybutadiene production and stabilization. (Part 1) Polymerization of butadiene with nickel- or cobalt-containing catalytic dithiosystems. Kinetic study and molecular mass- stereoregularity correlation. Iranian Polymer Journal, Tehran, I.R.Iran, 2003, vol. 12, № 3, p. 217-235.
  5. Bifunctional nickel- or cobalt-containing catalyst-stabilizers for polybutadiene production and stabilization. (Part II) Antioxidative properties and mechanism of catalyst-stabilizer’s stabilizing action in the processes of thermo- and photooxidative ageing of polybutadiene. Iranian Polymer Journal, Tehran, I.R.Iran, 2003, vol. 12, № 4, p. 281-289.
  6. Органические дитиопроизводные металлов – компоненты и модификаторы катализаторов нефтехимических процессов. Нефтехимия, 2001, № 6, с.403-416.
  7. Взаимосвязь между молекулярной массой и микроструктурой полибутадиена, полученного на кобальтсодержащих каталитических системах. Высокомолекулярные Соединения, 1990, А, т.32, № 6, с.1150-1156.
  8. А.Г.Азизов, Ф.А.Насиров и др. "Рeакционноспособные олигомеры. Синтез и применение" (Монография). Баку, 1998, 274 с.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

[redaktə | mənbəni redaktə et]

F.Ə.Nəsirovun adı ABŞ-da nəşr olunan "Elm və texnikada kim kimdir" sorğu kitabına və İngiltərədə nəşr olunan Beynəlxalq bioqrafik lüğətə daxil edilmişdir.

Elmi-təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • AMEA NKPİ-nin nəzdində fəaliyyət göstərən D.01.031 Dissertasiya Şurasının üzvüdür.
  • AMEA NKPİ-nin Elmi Şurasının üzvüdür
  • Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının üzvü (2004-2010)

Fəxri adları, təltif və mükafatları

  • 1985-ci ildə SSRİ Xalq Nailiyyətləri Sərgisinin Bürünc Medalı;
  • 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elm Fondu” tərəfindən Kimya elmləri sahəsində layihələr müsabiqəsinin qalibi;
  • 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Kimya elmləri sahəsində layihələr müsabiqəsinin qalibi
  1. "Arxivlənmiş surət". 2019-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  2. "Arxivlənmiş surət". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  3. "Arxivlənmiş surət". 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.