Fındıq uzunburunu (lat. Curculio nucum) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunburun böcəklər fəsiləsinə aid olan növ.
Fındıq uzunburunu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Fındıq uzunburunu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Fındıq uzunburun böcəyinin başı xortum şəklində irəliyə doğru uzanmışdır. Bu xortum dişi fərdlərdə bədəndəndə uzundur. Böcək qara rəngdədir, sarımtıl pulcuqlarla örtülmüşdür. Xortum və ayaqları qırmızımtıl-qonurdur. Bığcıqları xortumun düz ortasında yerləşmişdir. Yumurtası ellipsvaridir, təzə qoyulan vaxt ağ rəngdə olur, sonra qonurlaşır. Sürfəsi ayaqsızdır, sarılımtıldır, baş və döş buğumları qırmızı olur. axırıncı yaşda uzunluğu 10–15 mm olur, pupu ağ rənglidir, xortumu yaxşı seçilir. Pupun uzunluğu 9 mm-dir.[1]
May ayının üçüncü ongünlüyündən etibarən böcəklər cütləşir, bundan 6-8 gün sonra yumurta qoymağa başlayır. Yumurta qoymaq üçün böcək xortumu vasitəsilə zərif meyvələrin qabıqlarını deşir və yumurtaqoyanı vasıtəsilə həmin deşiyə bir yumurta qoyur. Rüşeymin inkişafı 8-10 gün çəkir. Aprel ayının ortalarından başlayaraq sürfə puplaşır. Pup fazası 2 həftəyə qədər davam edir və sonra böcək uçur. Fındıq uzunburunu ildə bir nəsil verir.[2].
Fındıq uzunburunu Azərbaycanda fındıq əkilən bütün rayonlarda geniş yayılmışdır.