Fəda Rəhimov (1957) — Bakı Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru.
Fəda Rəhimov | |
---|---|
Fəda Hənnan oğlu Rəhimov | |
Doğum tarixi | |
Doğum yeri | İsmayıllı rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Tətbiqi riyaziyyat |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
1957-ci ildə Azərbaycan Respublikasının İsmayıllı rayonunda anadan olmuşdur. Evlidir, 3 övladı var.
1979-cu ildə BDU-nu bitirib. 1985-ci ildə "Artımları asılı olmayan təsadüfi proseslərin birinci dəfə kənara cıxma anları üçün limit teoremləri" mövzusunda dissertasiyasını müdafiə etmişdir. 2008-ci ildə "Həyacanlanmış təsadüfi dolaşmanın qeyri-xətti funksiyaları üçün limit teoremləri və onların ardıcıl statistik analizə tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
AMEA-nın RMİ-da və 1990-cı ildən BDU-nun "Ehtimal nəzəriyyəsi və riyazi statistika" kafedrasında çalışır. "Ehtimal nəzəriyyəsi və riyazi statistika", "Ehtimal nəzəriyyəsi və riyazi statistikanın əlavə fəsilləri", "Ardıcıl statistik analiz" fənlərini tədris edir 50-dən çox məqalə,2 kitabın müəllifidir,
Təsadüfi proseslər üçün sərhəd məsələləri nəzəriyyəsi.
1.Ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə məsələlər 2.Ehtimal nəzəriyyəsində yığılma məsələləri