Fəhlə Gülbala Əliyev (film, 1971)

Filmin əsasında qeyri-adi, maraqlı material-məşhur neftçi Sosialist Əməyi Qəhrəmanı Gülbala Əliyevin həyat tarixçəsi qoyulmuşdur.

Fəhlə Gülbala Əliyev
Janr bioqrafik
Rejissor Teymur Bəkirzadə
Ssenari müəllifi Əli Qafarov
Operator Tofiq Sultanov
Bəstəkar Aqşin Əlizadə
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1971
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1971
Texniki məlumatlar 2 hissə
560 metr
35 mm

Məzmun[redaktə | mənbəni redaktə et]

G.Əliyev 80 ilə yaxın Azərbaycan torpağının dərinliklərindən qara qızıl çıxarmışdır. Gözlərimiz önündən inqilabdan əvvəl neftin necə çıxarılması gəlib keçir. Sonrakı illərdə o, bütün qüvvəsini neft sənayesinin bərpasına sərf etmişdir. G.Əliyev ömrünün sonuna kimi işləmişdir. Film çəkiləndə qocaman neftçinin 90 yaşı tamam olmuşdu. Buna görə də film qəhrəman haqqında sinxron hekayə formasında qurulmuşdur.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Nasir, publisist E.Axundova film haqqında deyir:[1]

" Müəlliflər o dövrün stereotipləri çərçivəsindən çıxdılar və üslubca bu günəcən milli kinodokumentalistikanın ən yaxşı filmlərindən biri sayılan sənət əsəri yaratdılar.
"

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Teymur Bəkirzadə
Ssenari müəllifi: Əli Qafarov
Operator: Tofiq Sultanov
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Şamil Kərimov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Elmira Axundova. "Keçib gedən hər şey... — Fotolar" (az.). 525.az. 09.11.2015. 2020-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-07.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]