Fəhman Hüseyn

Bahoz Ərdal (türk. Bahoz Erdal), həmçinin Fəhman Hüseyn (kürd. Fehman Hûseyn فەهمان حوسێن‎;[2] 3 avqust 1969[1], Suriya) — kürd hərbi xadimi. O, Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksək komandiridir və əslən Suriyanın Əl-Malikiyyə şəhərindəndir.[3][4]

Bahoz Ərdal
Şəxsi məlumatlar
Doğum tarixi 3 avqust 1969(1969-08-03)[1] (54 yaş)
Doğum yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Döyüşlər
  • PKK-Türkiyə qarşıdurması[d]

Sui-qəsd iddiası[redaktə | mənbəni redaktə et]

Türkiyənin rəsmi dövlət xəbər agentliyi "Anadolu Agentliyi" və "Daily Sabah"ın verdiyi məlumata görə, Bahoz Ərdal 8 iyul 2016-cı ildə Suriyada öldürülmüşdür. Təl-Hamis Briqadaları adlı rejim əleyhdarı silahlı qruplaşmanın sözçüsü Xalid əl-Həsəkəvi adlı şəxs "Anadolu Agentliyi" müxbirinə bildirmişdir ki, Hüseyn Suriyanın şimalında yerləşən Qamışlı şəhəri yaxınlığında hədəfə alınmışdır. O, 8 iyulda, saat 8:30-da Hüseynin avtomobilinin partladıldığını, mühafizəçiləri də daxil olmaqla 8 nəfərin öldürüldüyünü iddia etmişdir.[5][6] 12 iyulda "Yeni Şafak" qəzeti bu xəbərin mənbəyi kimi Türkiyənin MİT kəşfiyyat xidmətinə istinadən xəbər yaymışdır.[7]

PKK bu iddianı təkzib etmiş[8][9] və Ərdal 13 iyulda özü radioya müsahibə vermişdir.[10][11] O, 2017-ci ilin aprel ayında bir videoda görünmüşdür. Ərdal burada 2017-ci il Türkiyə konstitusiya referendumu ilə bağlı Türkiyə vətəndaşlarına müraciət etmişdir.[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 The Washington Post (ing.). / S. Buzbee Washington: Fred Ryan, 2008. ISSN 0190-8286; 2641-9599
  2. "56 PKK militants killed in last ten days". World Bulletin. 2 January 2013. 7 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2013.
  3. "Rebels vow to step up Turkey raids". The Times. 13 October 2007. 9 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  4. "Today'S Zaman". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  5. PKK terrorist group's armed wing commander 'Bahoz Erdal' killed in northern Syria Arxivləşdirilib 2016-07-12 at the Wayback Machine Daily Sabah, 9 July 2014
  6. PKK'nın üst düzey sorumlularından 'Bahoz Erdal' öldürüldü Arxivləşdirilib 2023-02-09 at the Wayback Machine AA News Agency, 9 July 2016
  7. "A'Death of PKK commander Bahoz Erdal confirmed'". Yeni Şafak. 2016-07-12. 2019-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
  8. "Bahoz Erdal li ser kar e". ANF. 9 July 2016. 21 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2016.
  9. "PKK denies Turkish media reports of senior leader's death". 26 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2016.
  10. "'Killed' PKK Commander Bahoz Erdal Speaks to Kurdish Radio". kurdishquestion.com. 2016-07-13. 2017-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-26.
  11. "Anatomy of a Turkish assassination fable". Al-Monitor. 2016-07-15. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
  12. "Anatomy of a Turkish assassination fable". Al-Monitor. 2016-07-15. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]