Fələstin–İraq münasibətləri

İraq–Fələstin münasibətləri — İraq və Qəzzə zolağı, İordan çayının qərb sahili daxil olmaqla qismən tanınmış Fələstin dövləti arasında ikitərəfli diplomatik münasibətlər.

İraq–Fələstin münasibətləri
Fələstin və İraq
 Fələstin  İraq

Tarixi[redaktə | mənbəni redaktə et]

İraqlılar və fələstinlilər arasındakı münasibətlər tarixən yaxındır və XX əsrin ikinci yarısında Fələstin Azadlıq Təşkilatı (FAT) İraqın hakim Baas Partiyası tərəfindən dəstəkləndi. FAT Körfəz müharibəsi zamanı İraqa kömək etdi. Fələstin Dövlətinin Bağdadda bir səfirliyi və Ərbildə bir konsulluğu var, ancaq İraqın Fələstində səfirliyi yoxdur. 1948-ci ildə İraq İsrailə müharibə elan etdi və o vaxtdan bəri iki dövlət arasındakı münasibətlər düşmən olaraq qalır. İraq Fələstinin İsrailə qarşı mübarizəsini qətiyyətlə dəstəkləyir. 1967-ci ildə İraq yenidən İsrailə qarşı müharibəyə girdi və 1973-cü ildə Yom Kippur müharibəsi zamanı iraqlılar Suriya silahlı qüvvələrinin tərəfində israillilərə qarşı vuruşdular[1]. Səddam Hüseyn ərəb ölkələrində anti-İsrail mövqeyi və bir sıra Fələstin partizan təşkilatlarının dəstəyinə görə böyük hörmətə malik idi. İkinci Əl-Əqsa İntifadası zamanı İraq israillilərlə döyüşdə həlak olan fələstinli ailələrə (intiharçılara) maddi yardım göstərdi. 1981-ci ildə İsrail Osirak nüvə reaktoruna hücum etdi. Səbəb isə Səddam Hüseynin nüvə silahını inkişaf etdirmək üçün istifadə edə biləcəyi idi. 15 noyabr 1988-ci ildə İraq Fələstin Dövlətinin İsraildən müstəqilliyini tanıdı[2]. 1991-ci ildə İraq Körfəz müharibəsi başlayandan sonra İsrailə qarşı 39 Skat raketi atdı. Bununla birlikdə İsrail bu zərbəyə cavab vermədi və hər iki tərəfdən təxribatlardan qaçındı[3][4].

1995-ci ildə İngilis yazıçısı Niqel Eştonun sözlərinə görə, İsrailin Baş naziri İshaq Rabin İordaniya Kralı Hüseyn vasitəsi ilə Səddam Hüseynə bir mesaj göndərdi və onunla görüşməsini istədi. Rabin ümid etdi ki, İraqla bağlanmış sülh müqaviləsi İran və Suriyanı da bu işi görməyə ruhlandıracaq. Rabin noyabr ayında öldürüldü, buna görə hökumətlər arasındakı əlaqə dayandırıldı. Rabin əvvəllər 1992-ci ildə Brembl Buş əməliyyatına rəhbərlik etmişdir. Sayeret Matkal komendoslarının köməyi ilə Səddam Hüseyni aradan götürmək planı uğursuz olmuşdur[5]. 1 iyul 2012-ci ildə İraqın Baş naziri Nuri əl-Maliki İraqın İsrail istisna olmaqla, Birləşmiş Millətlər Təşkilatının bütün suveren üzv dövlətləri ilə diplomatik münasibətlər quracağını açıqladı. O, İraqın heç bir ölkəyə qarşı ayrı-seçkilik etmədiyini, ancaq yəhudi dövləti ilə hər hansı bir mədəni, iqtisadi, hərbi və ya siyasi əlaqələrin qurulması fikrini rədd etdiyini bildirdi[6]. 2012-ci ilin noyabr ayında İsrailin Qəzzə zolağında "Bulud dirəyi" adlı əməliyyatı həyata keçirdiyi zaman İraqın Ərəb Dövlətləri Liqasındakı nümayəndəsi, Amerika Birləşmiş Ştatları və İsrailin müttəfiqlərinə təzyiq göstərmək üçün ərəb ölkələrini neft tədarükünü dayandırmağa çağırdı[7]..

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "فتح قنصلية فلسطينية في كردستان العراق — جريدة «العرب اليوم» الأردنية". 2014-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-04.
  2. "Arxivlənmiş surət" (PDF). 2011-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-12-05.
  3. Saddam: 'İsrail’e sınırımız olsa çoktan girmiştik' Arxivləşdirilib 2016-01-02 at the Wayback Machine)
  4. "IRAQ: Iraqi Ties to Terrorism — Council on Foreign Relations". 2018-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-05.
  5. "Israel reveals plot to kill Saddam in 1992". Rediff.com. 2003-12-17. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-18.
  6. Baghdad welcomes all relations but rejects ties with Israel: Iraqi PM Arxivləşdirilib 2014-07-21 at the Wayback Machine, \Al Arabiya, Al Arabiya News, 1 July 2012
  7. Iraq envoy says Arabs should use oil to press Israel over Gaza Arxivləşdirilib 2014-11-26 at the Wayback Machine - Reuters - 17 November 2012