İshaq Rabin

İshaq Rabin (1 mart 1922[1][2][…], Qüds, Britaniya Fələstini[1]4 noyabr 1995[2][3][…], Tel-Əviv[4]) — İki dəfə İsrailin baş naziri (1974197719921995), İsrailin müdafiə naziri (19841990).

İshaq Rabin
ivr.יצחק רבין‏‎
İshaq Rabin
İshaq Rabin
3 iyun 1974 – 20 iyun 1977
PrezidentEfraim Kasir
ƏvvəlkiQolda Meyer
SonrakıŞimon Peres
13 iyul 1992 – 4 noyabr 1995
Əvvəlkiİshaq Şamir
SonrakıŞimon Peres
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1922(1922-03-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 noyabr 1995(1995-11-04)[2][3][…] (73 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Herzl dağı[d]
Partiya
Fəaliyyəti diplomat, zabit, siyasətçi
Dini İudaizm
Hərbi xidmət
Qoşun növü Haqana
Döyüşlər
Rütbəsi Rav Aluf[d]

Təltifləri Nobel mükafatı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İshaq Rabin 1922-ci il martın 1-də o zamanlar Fələstinin tərkibində olan Yerusəlimdə anadan olub. Onun ailəsi bir ildən sonra Təl-Əvivə köçmüşlər. Valideynləri qatı sionist və yəhudi dövlətinin yaradılmasını hədəfləyən kampaniyalarda fəal şəkildə iştirak etmişdirlər.[5]

Rabinin komandanlığı ilə İsrail 1967-ci il iyunun əvvəlində Altı günlük müharibədə Misirə, Suriyaya, İordaniyaya sarsıdıcı zərbələr vurur. Rabin bir ildən sonra hərbi karyeradan imtina edib beş il Birləşmiş Ştatlarda İsrailin səfiri olur.[5]

İshaq Rabin 1994-cü ildə Yasir ƏrəfatŞimon Pereslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür.[6]

İshaq Rabinin qatili Eqal Amir dəfələrlə ona qarşı sui-qəsd etmək istəsədə son anda fikrindən daşınmışdır.[5]

1995-ci il noyabrın 4-də Rabin Təl-Əvivdə Çar meydanında kütlə qarşısında çıxış edir. Rabinin nitqini eşitmək və ona dəstək verməkdən ötrü yüz min adam meydana yığışmışdı. Rabin nitqini sülh barədə sözlərlə bitirib camaatla vidalaşır və axşam saat 9.20-də öz maşınına doğru getməyə başlayır. Özünü rəsmi sürücülərdən biri kimi qələmə verən qatil Amir baş nazirin pilləkanla maşınların saxlandığı meydana necə endiyni görür. Beretta markalı altıpatronluq tapança ilə silahlanmış Amir sürətlə İshaq Rabinə doğru yaxınlaşır. Rabin maşına minmək anında beş metrdən də az məsafədə olan Amir baş nazirə üç dəfə atəş açır. Güllələrdən iksi Rabinin kürəyinə dəyir. O, yerə yıxılır. Üçüncü güllə cangüdən Yoram Rubinin sol əlinə dəyir. Yaralı cangüdən Rabini maşına qoyub böyük bir sürətlə yaxınlıqdakı xətəxanaya aparır. Həkimlərin bütün səylərinə baxmayaraq iki saat keçməmiş Rabin ölür.[5]

1995-ci il noyabrın 6-da Yerusəlimdə Rabinin dəfni keçirilir. Birləşmiş Ştatların prezidenti Bill Klinton və dünyanın 40-dan çox aparıcı dövlət xadimi və siyasətçisi mərasimdə iştirak etmişdir.[5]

  1. 1 2 3 4 חה"כ יצחק רבין. Knesset.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Yitzhak Rabin // Yitzhak Rabin (ing.).
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118941119 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 3 4 5 "XX ƏSRİN MƏŞHUR SİYASİ QƏTLLƏRİ: İsrailin baş naziri İshaq Rabin niyə öldürüldü?". strateq.az (az.). yaxa.org. 14.06.2015. İstifadə tarixi: 2015-11-01.[ölü keçid]
  6. "Press Release- The Nobel Peace Prize 1994" (ingilis). Nobel Foundation. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]