Aralıq dənizi, Mərakeş və portuqaliyada, Kanardan Suriya, Livan və İsrailə qədər olan ərazilərdə yaylımışdır.
Terebint püstəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Terebint püstəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü təxminən 5–10 m-ə çatan iri kol və ya kiçik ağacdır. Yarpağı tökülən ikievli bitkidir. Yarpaqların dəstədə sayı 3–9 olub, uzunluğu 10–20 sm, mürəkkəb, tək lələkvaridir. Çiçəkləri bircinsli, xırda, qırmızımtıl-bənövşəyi rəngli iri süpürgəyə yığılmışdır. Aprel ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr ayında yetişir. Çiçəkyanlığı sadə,2–6 xırda yarpaqdan ibarətdir. Meyvələri xırda, qırmızı rəngli, yetişdikdə qaralan şarşəkilli çəyirdəklidir. Toxum və pöhrələrlə çoxaldılır.
Quraqlığa və şaxtayadavamlıdır. İşıq və istisevəndir. Dağların quru yamaclarında, işıqlı meşələrdə rast gəlinir.
Mərdəkan dendrarisində 1978-ci ildən introduksiya olunmuşdur.bakı şəhərində mədəni şəraitdə becərilir.
Bitki tərkibindəki yüksək miqdarda tanin qatranlı maddələrin olması ilə fərqlənir. Meyvələrindən çörək bişirilir. Tərkibində a-pinen, limonen, borneol vardır. Dərilərin aşılanmasında, mənənələrlə mübarizədə istifadə edilir. Bitki çox dekorativ görünüşə malikdir.yaşıllaşdırmada geniş istifadə edilir.