Fəlsəfi anarxizm

Fəlsəfi anarxizm — anarxizmdə intellektual tənqidə, xüsusən də siyasi hakimiyyətin və hökumətlərin legitimliyinə diqqət yetirən bir düşüncə məktəbi. Amerikalı anarxist və sosialist Benjamin Taker dinc təkamül anarxizmini inqilabi törəmələrdən ayırmaq üçün fəlsəfi anarxizm terminindən istifadə edirdi. [1] Fəlsəfi anarxizm mütləq hər hansı bir hərəkət və ya hakimiyyətin ləğvi istəyini nəzərdə tutmasa da, fəlsəfi anarxistlər hər hansı bir hakimiyyətə tabe olmaq üçün heç bir öhdəlik və ya vəzifəyə inanmırlar və eyni zamanda dövlətin və ya hər hansı bir şəxsin əmr vermək hüququna malik olduğuna təkzib edirlər. Fəlsəfi anarxizm konkret olaraq fərdiyyətçi anarxizmin tərkib hissəsidir. [2]

Tədqiqatçı Maykl Friden fərdiyyətçi anarxizmin dörd geniş növünü müəyyən etmişdir. Birinci növ, başqalarına yaxşılıq etməyi nəzərdə tutan “proqressiv rasionalizm” ilə özünüidarəni müdafiə edən Uilyam Qodvin ilə əlaqəlidir. İkinci növ, ən çox Maks Stirnerlə əlaqəli eqoizmdir. Üçüncü növə Herbert Spenserin ilkin proqnozlarında və onun bəzi davamçılarının, məsələn, Uordsvort Donistorp kimi, "dövlətin sosial təkamülün mənbəyində artıqlıq olduğunu" proqnozlaşdırdığı düşüncələrində rast gəlinir. Dördüncü növ eqoizmin zəifləmiş formasını özündə ehtiva edir və sosial əməkdaşlığı bazarın müdafiəçisi kimi izah edir, [3] amerikalı individualist anarxist Benjamin Taker [4] və ekoloq anarxist Henri Devid Toro kimi davamçıları vardır. [4]

Ümumi baxış[redaktə | mənbəni redaktə et]

Növləri[redaktə | mənbəni redaktə et]

Uilyam Qodvin tərəfindən yaradılmış fəlsəfi anarxizm fərdlərdən öz mühakimələrinə uyğun hərəkət etmələrini və hər bir fərdə eyni azadlığı vermələrini tələb edir. Maks Stirnerin eqoist bir şəkildə düşündüyü kimi, həqiqətən öz azadlıqlarına hörmət edən unikal insan başqalarına qarşı heç bir vəzifə daşımır. O, öz gücü daxilində, özü üçün doğru olanı edir. [5]

Fəlsəfi anarxistlər dövləti devirmək üçün silaha əl atmaqdansa, tədricən fərdi “müasir dövlətin məzlum qanunlarından və sosial məhdudiyyətlərindən” azad olmağa və hər bir fərdin öz müqəddəratını təyin edən və dəyər yaradana çevrilməsinə şərait yaratmağa çalışırlar. Bu anarxistlər bir çox hallarda dövlətin zorakı üsullarla dərhal aradan qaldırılmasına qarşı çıxa bilərlər, çünki onlar geridə qalanların daha zərərli və zalım bir dövlətin qurulmasına səbəb ola biləcəyindən narahatdırlar. Bu fikir xüsusilə zorakılığa və dövlətə sinonim kimi baxan və ya zorakılığa ictimai reaksiyanın “qanun-mühafizə” səylərinin artmasına səbəb ola biləcəyini düşünən anarxistlər arasında yayğındır. [6]

Siyasi və fəlsəfi anarxizm[redaktə | mənbəni redaktə et]

Maqda Equmenides yazır: "Anarxist tənqidlər və qanunilik idealı fəlsəfi və siyasi anarxizm arasındakı əlaqəni izah edərək, bizə xatırladır ki, dövlətin daimi yoxluğu əvvəlcə anarxizmin hər iki növü tərəfindən paylaşılan bir mövqe idi və fəlsəfi anarxizmin əxlaqi meyarları belədir" . Equmenidesə görə, “Cəmiyyətin siyasi anarxist baxışlarının tənqidi fəlsəfi anarxizmin perspektivləri və idealları ilə uyğun olduğunu göstərmək anarxist ideologiyada davamlılığı təmin edir”. [7]

Maykl Hümer yazır: “Siyasi fəlsəfənin bugünkü terminologiyasında mən indiyədək fəlsəfi anarxizmi (siyasi öhdəliklərin olmaması fikrini) müdafiə etmişəm, lakin hələ də siyasi anarxizmi (hökumətin ləğv edilməsi fikrini) müdafiə etməmişəm”. Hümer, "terminologiyanın yanıltıcı olduğunu" iddia edir, çünki "anarxizmin hər iki növü fəlsəfi və siyasi iddialardır". [8]

Rəylər[redaktə | mənbəni redaktə et]

Fəlsəfi anarxizm A. Con Simmonsun Moral Principles and Political Obligations (1979) kimi kifayət qədər populyar olan anarxist kitablarının nəşrindən sonra akademiklərin tənqidinə məruz qalmışdır. Maykl Huemer özünün “Siyasi Hakimiyyət Problemi: Məcburiyyət Hüququnun və İtaət Duyunun İmtahanı” (2013) kitabında fəlsəfi anarxizmin şərhini müdafiə edir [9] və “siyasi hakimiyyətin mənəvi illüziya olduğunu” iddia edir. [10]

Hüquq professoru Uilyam Edmundsonüç əsas fəlsəfi anarxist prinsipə qarşı bir məqalə yazmış və onları yanıltıcı hesab etmişdi. Edmundson fərdin normal dövlətə tabe olmaq vəzifəsinin olmadığını müdafiə edir, lakin o, bu vəziyyətin anarxizmin qaçılmaz nəticəsi olmadığını və dövlətin hələ də mənəvi cəhətdən qanuni olduğunu düşünür.

Fəlsəfi anarxizmin başqa bir tənqidi onun yalnız nəzəri səviyyədə qalmasıdır. Gerçək həyatda anarxizmi tətbiq etməmək ona faktiki olaraq mövcud nizama xidmət edən və status-kvonun məhv edilməsindən daha çox onun davamını təmin edən burjua rahatlığı kimi görür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Antliff, Allan. 2001. Anarchist Modernism: Art, Politics, and the First American Avant-Garde. University of Chicago Press. p. 4.
  2. Outhwaite, William & Tourain, Alain (Eds.). (2003). "Anarchism." The Blackwell Dictionary of Modern Social Thought (2nd Edition, p. 12). Blackwell Publishing.
  3. Freeden, Michael. Ideologies and Political Theory: A Conceptual Approach. Oxford University Press. ISBN 0-19-829414-X. pp. 313–314.
  4. 1 2 Broderick, John C. "Thoreau's Proposals for Legislation." American Quarterly, Vol. 7, No. 3 (Autumn, 1955). p. 285.
  5. Outhwaite, William & Tourain, Alain (Eds.). (2003). "Anarchism," in The Blackwell Dictionary of Modern Social Thought. (2nd Edition, p. 12). Blackwell Publishing.
  6. Murphy, Brenda. The Provincetown Players and the Culture of Modernity. Cambridge University Press 2005. pp. 31–32.
  7. Egoumenides, Magda. Philosophical Anarchism and Political Obligation. New York: Bloomsbury Publishing USA. 2014. səh. 12. ISBN 978-1-4411-2445-6.
  8. Huemer, Michael. The Problem of Political Authority: An Examination of the Right to Coerce and the Duty to Obey. Londra: Palgrave Macmillan. 2012. səh. 137. ISBN 9781137281647.
  9. Dagger, Tristan J. Playing Fair: Political Obligation and the Problems of Punishment. Oxford: Oxford University Press. 2018. səh. 35. ISBN 9780199388837.
  10. Rogers, Tristan J. The Authority of Virtue: Institutions and Character in the Good Society. Londra: Routledge. 2020. ISBN 9781000222647.