Fəqarət-əz-Zua

Fəqarət-əz-Zua[1] (ərəb. فقارة الزاوية‎) — Əlcəzairin cənub-mərkəz hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. İn-Salah dairəsinə daxildir.

Fəqarət-əz-Zua
27°21′48″ şm. e. 2°50′53″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 61.313 km²
Mərkəzin hündürlüyü 305 ± 1 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi 11016
Xəritəni göstər/gizlə
Fəqarət-əz-Zua xəritədə
Fəqarət-əz-Zua
Fəqarət-əz-Zua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqe[redaktə | mənbəni redaktə et]

Şəhər vilayətin şimalında, Böyük Səhranın mərkəzi hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1030 kilometr cənubda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 301 metrdir.[2]

Fəqarət-əz-Zua kommunası İn-Salah, Abalessa, İn-Amgel və İdles kommunaları, həmçinin Qardaya və İllizi vilayətlərinin əraziləri ilə həmsərhəddir. Sahəsi 61,313 km2-dir.

İqlim[redaktə | mənbəni redaktə et]

Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 25 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 13,1°C, ən isti ayda (iyulda) 36,2°C-dir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Алжир. Справочная карта. Масштаб 1:3 500 000. М., ГУГК, 1980
  2. "Foggaret ez Zoua" (ingilis). GeoNames. 2019-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-27.
  3. "Climate: Fogaret Ezzaouia" (ingilis). Climate-Data.org. 2014-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.