Fərəh Rud və ya Fərəhrud — İran yaylasının şərq hissəsində, Əfqanıstanın isə qərb hissəsində yerləşən çaydır. Çayın ümumi uzunluğu 580 km, drenaj hövzəsinin sahəsi isə təqribən 33.000 km² təşkil edir.[2]
Fərəhrud | |
---|---|
Ölkə | |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 25.000 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Fərəhrud çayının başlanğıcı təqribən 3500 m hündürlüyü olan Bəndi-Bəyan silsiləsinin cənub yamaclarından başlayır, yuxarı və orta axarda Mərkəzi Əfqanıstan dağlarının bir neçə silsiləsindən keçir, aşağı axarda isə səhralıq Sistan düzündən keçir. Çay Hamun endoreik göllər sistemindən biri olan Sabari gölünə tökülür.[2]
Çayın dağlarda əmələ gələn illik su axını 1,8 km³ təşkil edir. Ortalama su sərfiyyatı isə 60 m³/s təşkil edir. Çayın sularından qismən suvarma məqsədləri üçün istifadə olunur. Çayın suyunun axın rejimi yaz selləri və payız yağış selləri ilə xarakterizə olunur. Yay aylarında çayın bəzən aşağı axarları quruyur.[2]
Fərəhrud vadisində eyniadlı vahənin mərkəzi olan Fərəh şəhəri yerləşir.[2]