Bu məqaləni vikiləşdirmək lazımdır. |
İran yaylası (fars. فلات ایران) və ya Fars yaylası — Ön Asiyanın ən böyük və ən geniş yaylası.
İran yaylası Cənub-qərbi Asiyada yerləşən Ərəbistan və Hindistan yarımadası arasında qalan Avrasiya yaylalarının bir hissəsidir. Qərbdə Zaqros dağları, şimalda Xəzər dənizi və Kopetdağ, cənubda İran körfəzi, Ərəbistan dənizi və şərqdə Hinduquş dağları ilə əhatələnir
Tarixi bir bölgə olaraq yayla Parfiya, Midiya, Əhəmənilər dövlətinin şərq hissələrini, Böyük İranın (müasir İran, İraq, Əfqanıstan və Pakistan ərazilərini əhatə edir) əsas bölgələrini ərazisi daxilinə almışdır. Zaqros dağları yaylanın qərb sərhədlərini formalaşdırmışdır və dağların cənuba doğru olan hissələri də buraya aid edilə bilər. Britaniya ensiklopediyası Xuzistan ovalığını İran yaylasının xaricində saxlayır və Elam dövləti Mesopotamiya ovalığını İran yaylasına bağlayan bölgəni(yəni Xuzistan ovalığını)əhatə edir deyə qeyd etmişdir.
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |