Fərhad Əhmədbəyli

Fərhad Əhmədbəyli (tam adı: Əhmədbəyli Fərhad Soltan oğlu; d. 12 fevral 1923, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 16 noyabr 2015, Azərbaycan) — azərbaycanlı geoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü[1], professor.[2]

Fərhad Əhmədbəyli
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan SSR Bakı
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Azərbaycan Azərbaycan
Elm sahələri geologiya
Elmi dərəcəsi
Təhsili

Fərhad Əhmədbəyli 12 fevral 1923-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2]

1941–1945-ci illərdə İkinci dünya müharibəsində iştirak etmişdir.[2]

1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini bitirib.[2]

Fərhad Əhmədbəyli 1954-cü ildə geologiya-mineralogiya elmləri namizədi, 1964-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.[2]

Fərhad Əhmədbəyli 16 noyabr 2015-ci ildə vəfat etmişdir.[2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fərhad Əhmədbəyli geologiya elminə bir sıra töhfələr vermişdir. Onun elmi fəaliyyəti Qafqazın regional geologiyası, geotektonikası, neotektonikası, geodinamikası və seysmik aktivliyinə aid problemlərinin tədqiqinə həsr edilib.[2]

O, 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 monoqrafiyanın müəllifidir.[2]

Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur.[2]

Çox sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmişdir.[2]

Beynəlxalq qrant layihələrinin (STCU, SCOPES, CNRS) iştirakçısı olmuşdur.[2]

  1. "Əhmədbəyli Fərhad Soltan oğlu" (az.). science.gov.az. 2017. 2017-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 Azərbaycanın tanınmış alimi vəfat etdi Arxivləşdirilib 2015-12-20 at the Wayback Machine. 16.11.2015, aktual.az  (az.)