Fərhad Ədhəm oğlu Mollazadə (d. 12 sentyabr 1958; Bakı, Azərbaycan) — Azərbaycanlı memar. 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının (AMİ) vitse-prezidenti, 2007-ci ildən isə AMİ İdarə Heyətinin Katibidir. O, Azərbaycan Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il taxirli sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar memarı" fəxri adına layiq görülüb.
Fərhad Mollazadə | |
---|---|
2000 – hal-hazırda | |
2007 – hal-hazırda | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | memar |
|
|
Təltifləri |
Fərhad Mollazadə 1958-ci il 12 sentyabrda Bakı şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutunu bitirən Fərhad Mollazadə, sonradan bir müddət "Dənizneftqazdövlətlayihə" institutunda çalışıb. 1987-ci ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspirant əyani şöbəsinə daxil oldu.
Fərhad Mollazadə ailəlidir, bir qız və bir oğlan övladı var.
Fərhad Ədhəm oğlu Mollazadə 1958-ci ildə Bakıda anadan olmuşdur. 1980-cı ildə Azərbaycan İnşaat mühəndisləri institutunu bitirmişdir. Sonra «Dənizneftqazdövlətlayihə» institutunda işləmiş, 1987-ci ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət institutunun aspiranturasının əyani şöbəsinə daxil olmuşdur. 1990-cı ildə «İri şəhərdə (Bakının misalında) bədən tərbiyəsi və idman tikililərinin şəhərsalma təşkili və inkişafı» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildə Memarlar İttifaqının üzvü olmuşdur. 1990-cı ildən Memarlıq və incəsənət institutunda böyük elmi işçi vəzifəsində işləmişdir.
40-dan artıq elmi işin müəllifidir. «Bakının idman-səhiyyə xidmətinin şəhərsalma təşkili» monoqrafiyasının müəlliflərindən biridir. Əməli fəaliyyəti ərzində 12 layihənin müəlliflərindən olmuşdur. Bunlardan: Əhmədlidə yaşayış evi, Şuşada idman kompleksi, Xızıda əmanət bankının binası, Bakıda Olimpiya atıcılıq Mərkəzi və başqaları xüsusi qeyd olunmalıdır.
Dəfələrlə Respublika və beynəlxalq müsabiqələrin: Böyük Vətən müharibəsi illərində həlak olmuş Azərbaycan döyüşçülərinə abidə (1988-ci il, III mükafat), Əhmədlidə Urayna meydanında «Xalqlar dostluğu» abidəsi (1995-ci il, I mükafat), 1998-ci ildə Gənclər, idman və turizm Nazirliyinin keçirdiyi ilin ən yaxşı layihəsi müsabiqəsinin (S. Vurğun küçəsində Olimpiya idman-əyləncə kompleksinin layihəsinə görə), 2000-ci ildə İdman-sağlamlıq kompleksinin layihəsinə görə IV beynəlxalq müsabiqənin və s. qalibi olmuşdur. 2004-cü ilə qədər Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda fəaliyyət göstərmişdir.
2020-ci ilin 3 iyul tarixinə qədər Hal-hazırda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində çalışıb. Bu tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi anti-korrupsiya əməliyyatı çərçivəsində müxtəlif ittihamlarla həbs edilib.[1]
2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibidir.
Fərhad Mollazadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il taxirli 2426 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar memarı" fəxri adına layiq görülüb.
Millətvəkili Asim Mollazadənin qohumudur.