Asim Mollazadə

Asim Nazim oğlu Mollazadə (6 iyun 1953, Bakı) — siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru.

Asim Mollazadə
Vəzifədədir
2000-ci ildən
Seçki dairəsi2000 — Proporsional siyahı
2005, 2010, 2015, 2020 — 22 saylı Nəsimi ikinci
ƏvvəlkiQulamhüseyn Əlibəyli (Proporsional siyahı)
SonrakıVəzifə ləğv edildi. (Proporsional siyahı)
Vəzifədədir
4 iyul 2005-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Azərbaycan Xalq Cəbhəsi Partiyasının xarici məsələlər üzrə sədr müavini
bayraq2
1995 – 2005
SədrƏbülfəz Elçibəy (1995-2000)
Əli Kərimli (2000-)
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Azərbaycan Xalq Cəbhəsinin xarici məsələlər üzrə sədr müavini
bayraq2
1993 – 1995
SədrƏbülfəz Elçibəy
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1953(1953-06-06) (71 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şöhrət" ordeni — 2013 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992-ci ilin iyun-dekabr ayları – nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru olmuşdur.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Analitik informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. 1993– 2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olmuşdur.

1995-ci il parlament seçkilərində Asim Mollazadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur.[1] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[2] Beləliklə, Asim Mollazadə deputat seçilə bilməmişdir.

1994-cü ilin fevralından −1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti, 1998-ci ilin mayından etibarən – Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidentidir.

2000-ci ilin noyabrından 2005-ci ilin noyabrınadək – Milli Məclisin deputatı, Beynəlxalq əlaqələr üzrə parlament komissiyasının üzvü, 2001-ci ilin yanvarından 2005-ci ilin noyabrınadək – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü. AŞ PA-nın Yaxın Şərq altkomitəsinin sədri, monitorinq və siyasi komitələrinin üzvü. AŞ PA-nın Belorusiya üzrə məruzəçisi olmuşdur.

2005-ci ilin 4 iyulunda Demokratik İslahatlar Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Yeni Zellandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]

  1. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  2. Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  3. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.
  4. "A. N. Mollazadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-15.
  5. "A. N. Mollazadənin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]