Fərhad Paşa türbəsi – İstanbulun Əyyubsultan ilçəsində XVI əsrin sonlarına aid türbə.
Sultan Murad və oğlu Sultan Mehmed dövrünün sədrəzəmlərindən Sərdar Fərhad Paşa tərəfindən inşası başlayan ancaq edamından bir müddət sonra tamamlanan türbənin memarı bilinmir. 16-bucaqlı plana əsasən kəsmə daşdan inşa olunan türbənin qapısının üzərindəki kitabəsində inşa tarixi olaraq 1595-ci il göstərilir. Türbənin içərisində kitabəsi olmayan səkkiz mərmər və 4 taxta məzardaşı var.