Əyyubsultan

Əyyubsultan (türk. Eyüpsultan) — İstanbul ilinin ilçəsi. 1936-cı ildə Fateh, SarıyerÇatalca ilçəsinin bir hissəsilə qurulan Eyyübsultan ilçəsinin ərazisi 242 km²-dır. 21 məhəlləsi və 7 kəndi olan Eyyübsultan rayonunun əhalisi 2018-ci il ADNKS məlumatlarına görə 383.909 nəfərdir. İlçənin Haliçin daxili hissəsində qısa bir sahil zolağı vardır. Eyyübsultan rayonunun şərqində Sarıyer, cənub-şərqdə KağıtxanaBəyoğlu, cənubda Qaziosmanpaşa, FatehSultanqazi, cənub-qərbdə Başakşəhər və qərbdə Arnavutköy rayonlarına qonşudur[2].

Əyyubsultan
41°04′48″ şm. e. 28°56′16″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 223 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 356.512 nəf. (2012)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 212
Poçt indeksi 34000–34099
Nəqliyyat kodu 34
Digər
eyupsultan.bel.tr
Xəritəni göstər/gizlə
Əyyubsultan xəritədə
Əyyubsultan
Əyyubsultan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlçə adını, sərhədləri içində yerləşən Əbu Eyyub Əl-Ənsari türbəsindən alır. İstanbulun Fəthindən sonra Türklərin sur xaricində qurduğu ilk yaşayış mərkəzi olan Eyyübsultan, başda Əyyub Sultan Məscidi olmaqla Osmanlı dövründən qalma çoxsaylı tarixi əsər mövcuddur. III Səlimin anası və III Mustafanın yoldaşı Mihrişah Validə Sultanın 1795-ci ildə tikdirdiyi imarət 221 ildən bəri fəaliyyətini davam etdirir. İstanbulun fəthindən dərhal sonra inşa edilən və daha sonra Memar Sinan tərəfindən indiki şəkli ilə yenidən qurulmuşdur. Tarixi Eyyübsultan qəbiristanlığında Osmanlı dövrünün mühüm hərb, dövlət xadimi, sənətkaralimlərinin məzarları yerləşir. 19 oktyabr 2017-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən alınan qərarla rayonunun adı Eyyübsultan olmuşdur.

  1. 2012 genel nüfus sayımı verileri.
  2. "Eyüpsultan İlçesi Bilgiler". www.eyup.gov.tr. 25 iyul 2019. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-25.