Fərhad Poladov (d., 23 iyul 1993, Sabunçu rayonu – 30 iyun 2019) — Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu.[1]
Fərhad Poladov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 23 iyul 1993 |
Doğum yeri | |
Vəfat tarixi | 30 iyun 2019 (25 yaşında) |
Vəfat səbəbi | Avtoqəza |
Təhsili | Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası |
İdman növü | qaydasız döyüş |
1993-ci il 23 iyulda Sabunçu rayonunda anadan olub. 170 nömrəli orta məktəbi bitirmişdir.
Fərhad Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.
2019-cu ilin fevral ayının 9-da Ukraynani Lutsk şəhərində Pride peşəkar yarışında qələbə qazanıb. Qələbəsini Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etmişdi.[1]
2019-cu il 30 iyun idmançı özünün avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və avtomobillə toqquşub.
Hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasında cərrahi əməliyyat edildikdən sonra vəfat etmişdir.[2]