Fəridə Əliyeva[1] (d. 8 dekabr 1997) — Azərbaycanlı karateçi. Fəridə Əliyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Fəridə Əliyeva | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Fəridə Əliyeva |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
İdman növü | Karate (Kumite) |
Fəridə Əliyeva 8 dekabr 1997-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb.
Fəridə Əliyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. +68 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Əliyeva, finalda görüşündə, Türkiyə nümayəndəsi Məltəm Hocaoğluna 2:6 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.