Fəridə Məmmədova (müğənni)

Məmmədova Fəridə Kamal qızı (29 sentyabr 1976, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti.

Fəridə Məmmədova
Ümumi məlumatlar
Doğum tarixi 29 sentyabr 1976(1976-09-29) (48 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni

Fəridə Məmmədova (soprano) Bakı şəhərində anadan olub. 1994-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1994–2000-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fortepiano və solo oxuma fakültələrində təhsil alıb. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı vəzifəsində çalışır.

1997-ci ildə Azərbaycanda vokalçıların "İlin vokalçısı" müsabiqəsində I mükafata, 2000-ci ildə Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsində III mükafata layiq görülmüşdür. 2007-ci ildə Almaniyanın Veyden şəhərində keçirilən Maks Reger adına Beynəlxalq müsabiqənin finalçısıdır.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: J. Bizenin "Karmen" operasında Mikaela, Motsartın "Cosi fan tutte" və "Fiqaronun toyu" operalarında Fiordiliçi və Qrafinya, Qlyukun "Orfey və Evridika" operasında Evridika, V. Bellininin "Norma" operasında Norma, C. Verdinin "Trubadur" və "Don Karlos" operalarında Leonora və Yelizaveta, Leonkavallonun "Məzhəkəçilər" operasında Nedda, P. Maskanyinin "Cavalleria rusticana" operasında Santuzza, Cakomo Puççininin "Il Tabarro", "Manon Lescaut", "Tosca" və "Gianni Schicchi" operalarında Corcetta, Manon, Toska və Çyeska, Çaykovskinin "Qaratoxmaq qadın" operasında Liza, R. Mustafayevin "Vaqif" operasında Xuraman, M. Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, F. Əlizadənin "İntizar" operasında Gəlin, L. Vaynşteynin "Zoluşka" operasında Javotta, Y. Raxmadiyevin "Alpamis" operasında Mıstan ve s.

F. Məmmədova həm də geniş konsert fəaliyyəti ilə məşğul olur. Dəfələrlə klassik dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə müxtəlif simfonik, kamera orkestr və ansamblari ilə çıxış edir. Onun repertuarı barokko dövründən tutmuş muasir bəstəkarlarınin əsərlərinə kimi opera və kamera musiqisini əhatə edir. Bakıda R. Wagner, G. Mahler, A. Berg, A. Schoenberg, S. Raxmaninov, D. Şostakovic, E. Denisov, F. Qarayev, G. Aperghis və s. vokal silsilə və monooperaların ilk ifaçısı olub.

F. Məmmədova ölkədə və onun hüdüdlarından kənarda (Almaniya, Fransa, İsveçrə, Avstriya, Hollandiya, Belçika, Çexiya, Bosniya, Serbiya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan və s.) solo konsert proqramları ilə çıxış edib, tanınmış Azərbaycan və xarici dirijorların rəhbərliyi altında müxtəlif orkestrərlə (Ü. Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Q. Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, Vyana kamera orkestri, Yerusəlim simfonik orkestri, Yohannesburq simfonik orkestri, "Raana Symphonietta", "Studio for the New Music", "Asco-Schoenberg ensemble", "Reconsil", "Georgian Sinfonietta" və s.) əməkdaşlıq və nüfuzlu beynəlxalq festival və layihələrdə (Young-euro-classic, Bethovenfest, Culturescapes, Kyiv Music Fest, Vilnius Mama jazz, Aspendos festivalı, Türksoy Opera günləri, Moskvada Musiqi alətlər teatrı, Prokofyev FEST, Həştərxanda V. Barsova və M. Maksakova adına Opera festivalı, Roaring hooves, "Sarajevo winter", International Baroque Festival Tbilisi və s., Azərbaycanda keçirilən Beynəlxaıq Qəbələ festivalında, Qara Qarayev müasir musiqi, M. Rostropoviç adına, Üzeyir Hacıbəyli adına, "Zamanla üz-üzə", "İpək yolu") iştiraki onu yüksək səviyyəli və yenilliklərə açıq bir musiqiçi kimi təsdiqləyib.

Mükafat və təltifləri

[redaktə | mənbəni redaktə et]

6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5], 6 may 2023-cü ildə[6] və 9 may 2024-cü ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". president.az (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 14 sentyabr 2012, 18:30. 23 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.