Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı — Azərbaycanın Bakı şəhərində keçirdilən müasir musiqi festivalıdı. Festivalda XX əsrin akademik musiqisi ifa olunur.[1][2]
Festival 1986-cı ildə bəstəkar Fərəc Qarayev, Oleq Felzer və dirijor Rauf Abdullayevin təşəbbüsü ilə başlamışdı. İlk konsertlərdən sonra 1988 və 1990-cı illərdə iki sonrakı festivalların təşkili Bakının musiqi həyatında fenomena çevrilmişdir. Festivalın proqramı XX əsr musiqi klassiklərinin əsərləri ilə dinləyiciyə təqdim edilmişdir (A. Şoenberg, A. Vebern, A. Berg, I. Stravinski, P. Hindemit). 50-ci və 60-cı illərin Avropa və Rusiya avangard bəstəkarları — K. Şockhauzen, S. Bussotti, V. Lutoslavski, T. Berd, A. Şnitke, E. Denisov, S. Qubaydulina, A. Raskatov, həmçinin Amerika musiqi mədəniyyəti — C. Keyc və C. Kramb.[1].
İfaçılar arasında: Liana İsakadze, Oleq Krısa, Tatyana Çexina, Ivan Monigetti, Aleksey Lyubimov, Mark Pekarskinin zərb alətləri ansamblı və s.
Festival 20 ildən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moskva Konservatoriyasının professoru Fərəc Qarayevin təşəbbüsü ilə yenidən keçirilməyə başladı. Festival 2011-ci ildən bəri iki ildə bir dəfə.[3]