Fəridə Səfiyarzadə (d. 7 may 2004; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast.
Fəridə Səfiyarzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Fəridə Səfiyarzadə |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
İdman növü | Bədii gimnastika |
Boyu | 165 sm. |
Çəkisi | 55 kq. |
Fəridə Səfiyarzadə 2004-cü il 7 mayda anadan olub. 9 yaşından idman ilə məşğul olur.
Fəridə Səfiyarzadə 2012-ci ildən etibarən bədii gimnastika ilə məşğul olur.
Fəridə Səfiyarzadə beynəlxalq səviyyədə birinci uğurunu 2015-ci ildə qazandı. Fəridə Səfiyarzadə, Bolqarıstanın Plovdiv şəhərində baş tutan yarışda, qızıl medala layiq görüldü. Fəridə Səfiyarzadə 2018-ci ilin 15-16 noyabrında İsrailin Ramat-Qan şəhərində baş tutan "Venera Cup" beynəlxalq turnirində mübarizə aparadı.[3] Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup ümumi nəticədə 16.000 balla beynəlxalq turnirin qızıl medallarına sahib olub.[3]
2019-cu il: Gənclər arasında birinci uğurlar
Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədənibarət qrup növbəti uğuruna 2019-cu ilin 5-8 aprelində PolşanınVarşava şəhərində baş tutan "Irina Cup" beynəlxalq turnirində imza atdı. Bütün rəqiblərindən üstün olan qrup turnirin qalibi oldu.
Daha sonra Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup 2019-cu ilin 20-22 aprelində baş tutan gənclər arasında "Azerbaijan Gymnastics Federation Trophy" beynəlxalq turnirində mübarizə apardı. Aprelin 20-də çoxnövçülük turniri baş tutdu. Beş lentlə icra olunan proqramdan sonra qrup 18.050 balla İsrail, Belarus və Rusiya nümayəndələrindən sonra dördüncü pillədə qərarlaşmışdı.Qrupun medal qazanmaq şansları aşağı qiymətləndirildi. Bununla belə beş halqa ilə icra olunan proqram referilər tərəfindən 22.950 balla qiymətləndirildi və bu nəticəyə əsasən qrup proqramı birinci pillədə başa vurdu. Məhz bu proqram ümumi nəticəyə təsir göstərdi və qrup 41.100 balla gənclər arasında "Azerbaijan Gymnastics Federation Trophy" beynəlxalq turnirinin gümüş medalına sahib oldu. Qızıl medala İsrail, bürünc medala isə Rusiya gimnastları layiq görüldü.
Bir gün sonra isə beş lent və beş halqa proqramları üzrə final mərhələsi baş tutdu. Beş lentlə icra oluna proqramın nəticələrinə əsasən qrup 18.350 balla turnirin gümüş medalına sahib oldu. Qızıl medala isə 20.450 balla Belarus nümayəndələri layiq görüldü. Beş halqa ilə icra olunan turnir isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Həm Azərbaycan, həm də İtaliya təmsilçilərinin çıxışları referilər tərəfindən 21.500 balla qiymətləndirildi. Belə olan halda icra üzrə göstəricilər əsas götürüldü (Azərbaycan gimnastlarının icra balı 7.700, İtaliya gimnastlarının icra balı isə 7.600 idi). Bu göstəriciyə əsasən isə Azərbaycan nümayəndələri turnirin qızıl medalına sahib oldu.
Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup gənclər arasında "Azerbaijan Gymnastics Federation Trophy" beynəlxalq turnirinin nəticələrinə əsasən turniri 1 qızıl və 2 gümüş medalla başa vurdu.