Fəridə Vəzirova

Vəzirova Fəridə Şamil qızı — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981).

Fəridə Vəzirova
Fəridə Şamil qızı Vəzirova
Doğum tarixi
Doğum yeri Sərdarlı, Qaryagin rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Təhsili
Fəaliyyəti pedaqoq, ədəbiyyat tənqidçisi
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Əmək veteranı" medalı

Fəridə Vəzirova 15 fevral 1924-ci ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olmuşdur. O, Bakı şəhərindəki 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdu, 1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya getmişdir, orduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərmişdir.

1945-ci ilin oktyabrında ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, Stalin təqaüdü almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Fəridə Vəzirova 1948-1949-ci illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi kimi işləmişdi, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxumuşdu, bu vaxta qədər dövri mətbuatda çıxış etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün "Təbrizin baharı" kitabına yazdığı eyni adlı məqaləsi olmuşdur.

O, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləmiş, (1952-1953) illərdə ADU-nun Filololgiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olmuşdur.

Əmək və müharibə cəbhəsində fəaliyyətinə görə 8 medalla təltif edilmişdir.

Fəridə Vəzirova 1986-ci ildə Bakı şəhərində vəfat etmişdir.

  • Ənvər Çingizoğlu. Sərdarlı kəndi. Bakı: Elnur-P, 2005, 320.