Fərid Əliyev küçəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Səbail rayonunda, İçərişəhərdə küçə.
Fərid Əliyev küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Rayon | Səbail |
Küçə 2023-cü ilə qədər Qəsr adlanıb.
2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələ zamanı küçənin bəzi tikililərinə, xüsusilə 16 nömrəli yaşayış binasına ciddi ziyan dəymişdir.[1] Zəlzələ zamanı dağılmış bəzi evlərin divarlarında erkən orta əsrlərə aid pullar aşkar olunmuşdur.
2023-cü ildə küçəyə şəhid Fərid Əliyevin adı verildi. 11 aprel 2023 tarixində küçənin açılış mərasimi keçirildi.[2]
Küçənin şimal hissəsində Şirvanşahlar sarayının hamam kompleksi yerləşir.
Hacı Heybət məscidi (1791, arxitektor Hacı Heybət Əmiralı oğlu)
Bakı miniatür kitab muzeyi[3]
32 nömrəli yaşayış binası - (XVIII əsr)
F.Əliyev küçəsinin Şirvanşahlar sarayına bitişik ərazisində yeddi "armudu" stəkandan ibarət İnstallyasiya abidəsi (İnstallyasiya (ing. installation - quraşdırma, yerləşdirmə, montaj) — müasir incəsənət forması. Müxtəlif elementlərdən quraşdırılaraq vahid fəza bədiilliyi təsəvvürü verir) yerləşir.[4]