Fərid Cəfərov — Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini (2023-cü ildən),
Fərid Cəfərov | |
---|---|
Fərid Tahir oğlu Cəfərov | |
Vəzifədədir | |
13 may 2023-cü ildən | |
13 mart 2018 – 13 may 2023 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mingəçevir, Azərbaycan SSR |
Fərid Cəfərov 6 iyun 1982-ci il tarixində Mingəçevir şəhərində anadan olub.
1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) daxil olub.
2003-cü ildə bakalavr təhsilini yekunlaşdırıb.
2005–2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) magistr pilləsi üzrə təhsil alıb.
2006-cı il oktyabr ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin referenti vəzifəsinə təyin olunub.
2007-ci ildə Xarici İşlər Nazirliyinə işə qəbul ilə əlaqədar keçirilmiş test imtahanlarından müvəfəqiyyətlə keçərək, Azərbaycan Diplomatik Akademiyasında kurslarda iştirak edib
2008-ci ilin yanvar ayında XİN-in attaşesi, eyni ilin oktyabr ayında isə AR-in BMT yanında Daimi Nümayəndəliyinin (Nyu York şəhəri) attaşesi vəzifəsinə təyin olunub.
2014-cü ilin yanvar ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin II katibi vəzifəsinə təyin olunub.
2014-cü ilin oktyabr ayında Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin aparıcı mütəxəssisi, 2016-cı ilin iyun ayında isə baş mütəxəssisi vəzifəsinə təyin olunub.
2017-ci ilin yanvar ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
13 mart-2018-ci ildən 13 may.[1] 2023-cü ilə qədər Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru çalışıb.
13 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə mədəniyyət nazirinə müavin təyin edilib.[2]