Fərid Cəfərov (siyasətçi, 1982)

Fərid CəfərovAzərbaycan Respublikasının mədəniyyət nazirinin müavini (2023-cü ildən),

Fərid Cəfərov
Fərid Tahir oğlu Cəfərov
Vəzifədədir
13 may 2023-cü ildən
13 mart 2018 – 13 may 2023
Şəxsi məlumatlar
Doğum tarixi (42 yaş)
Doğum yeri Mingəçevir, Azərbaycan SSR

Fərid Cəfərov 6 iyun 1982-ci il tarixində Mingəçevir şəhərində anadan olub.

1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) daxil olub.

2003-cü ildə bakalavr təhsilini yekunlaşdırıb.

2005–2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) magistr pilləsi üzrə təhsil alıb.

2006-cı il oktyabr ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin referenti vəzifəsinə təyin olunub.

2007-ci ildə Xarici İşlər Nazirliyinə işə qəbul ilə əlaqədar keçirilmiş test imtahanlarından müvəfəqiyyətlə keçərək, Azərbaycan Diplomatik Akademiyasında kurslarda iştirak edib

2008-ci ilin yanvar ayında XİN-in attaşesi, eyni ilin oktyabr ayında isə AR-in BMT yanında Daimi Nümayəndəliyinin (Nyu York şəhəri) attaşesi vəzifəsinə təyin olunub.

2014-cü ilin yanvar ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin II katibi vəzifəsinə təyin olunub.

2014-cü ilin oktyabr ayında Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin aparıcı mütəxəssisi, 2016-cı ilin iyun ayında isə baş mütəxəssisi vəzifəsinə təyin olunub.

2017-ci ilin yanvar ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

13 mart-2018-ci ildən 13 may.[1] 2023-cü ilə qədər Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru çalışıb.

13 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə mədəniyyət nazirinə müavin təyin edilib.[2]

  1. President.az. "F.T.Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2018-06-13. 2023-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  2. Report.az. "Mədəniyyət nazirinə yeni müavin təyin edilib" (az.). Report.az. 2023-05-13. 2023-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-17.