Fərid Xayrulin

Fərid Həbibulla oğlu Xayrulin (26 iyul 1947, Bakı – 27 avqust 2020) — tatar əsilli Azərbaycan fotojurnalisti,[1] Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2010).

Fərid Xayrulin
Fərid Həbibulla oğlu Xayrulin
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (73 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2010

Fərid Həbibulla oğlu Xayrulin Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra 1965-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakültəsinə daxil olub. 1969-cu ildə Ulyanov-Lenin adına Qazan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə keçib, "Jurnalistika" peşəsi üzrə diplom alıb. 1982-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdür. 1989-cu ildən SSRİ Fotorəssamlar İttifaqının İdarə Heyətinin üzvüdür. 1984-cü ildən "Azərinform" agentliyinin, o vaxt üçün SİTA-nın, Azərbaycan bölməsi üzrə fotojurnalisti vəzifəsində çalışıb. 1992-ci ildən Azərbaycan-Tatarıstan Birliyinin vitse-prezidentidir. Həmin müddət ərzində bir-neçə il Azərbaycanda "Tatarıstan Xəbərləri" qəzetinin xüsusi müxbiri vəzifəsində işləyib.

1988-ci ildən başlayaraq "Azərinform" agentliyində işləyib. Fərid Xayrulin Dağlıq Qarabağ hadisələrilə , Bakıda icazəsiz mitinqlərlə bağlı müxtəlif mövzuları işıqlandırıb. Amma informasiya blokadası şəraitində bütün bu materiallar ancaq xarici mətbuatda dərc olunub. 1989-cu ildə o, erməni silahlı qruplaşmalarının blokadada saxladığı Şuşa şəhərinə və Ümüdlü kəndinə birinci humanitar kömək karvanını müşayiət edib.

Fərid Xayrulin erməni millətçilərinin Dağlıq Qarabağda törətdikləri terror aktları barədə məlumat təqdim edən ilk fotomüxbirdir: Ağa körpüsünün, Şuşa yolunda avtobusun partladılması və başqa faciəvi hadisələr, eləcə də 1990-cı il 20 yanvar faciəsini xarici agentliklərə-AP, France-Presse, Gamma, Sipa, Reuters-ə çatdırıb.

F.Xayrulin 1990-cı ildə Moskvadan qayıdan Heydər Əliyevi Bakı hava limanında qarşılayan yeganə jurnalist olub.[2] O,həm də həmin ildə Naxçıvandan Bakıya gələn Heydər Əliyevi qarşılayan yeganə fotojurnalist olub. SİTA bu materialları rədd etdi və bu səbəbdən də o, onları xarici agentliklərə göndərdi.

Fərid Xayrulin 1966-cı ildən 1992-ci ilədək respublikanın müxtəlif dərgilərində çalışıb: "Abşeron","Azərbaycan gəncləri", "Vışka", "Bakı-Baky". 1992-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür, "Azərbaycanın Fotoqrafları" yaradıcı birliyinin üzvüdür, H.Zərdabi adına mükafatın laureatıdır, "Humay" mükafatının birinci laureatıdır, "Qızıl Arqus" mükafatının və eləcə də, çoxsaylı respublika və xarici sərgilərin mükafatlarının daşıyıcısıdır. Həmçinin 2011 ildə o Azərbaycan Rəssamlar İttifaqının üzvü oldu.

21 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna "Əməkdar Mədəniyyət İşçisi" adı verilib.

Hal-hazırda Fərid Xayrulin "Azərbaycan İRS", "Azerbaijan today", "Businessman", "Business consulting", "World of Azerbaijan", "Caspian", "Contact", "Time Out", "ArchiTech", "PRIME Traveller", "Baku", "Qalereya", "Sizin Eviniz" və başqa jurnallarla çox müvəffəqiyyətlə əməkdaşlıq edir.

Son vaxtlar Fərid Xayrulin peşəkar reklam çəkilişləri ilə yaxından məşğul olmağa başlayıb və Avropanın ən yaxşı reklam fotoqraflarından biri olan İqor Saxarovun yanında təcrübə keçib. 2004-cü ildə Fərid Xayrulin FGF peşəkar rəqəmsal fotostudiyasını yaradıb. Bu müddət ərzində əla fotoavadanlıqla təchiz olunmuş FGF fotostudiyası Azərbaycanda peşəkar reklam fotoçəkilişləri sahəsində tanınmış lider olub.

Fərid Xayrulin 27 avqust 2020-ci ildə vəfat etmişdir.[3]

İştirak etdiyi sərgi və layihələr

[redaktə | mənbəni redaktə et]
  • 2011 — şəxsi fotosərgi "Mənim Azərbaycanım", Çin
  • 2011 — şəxsi fotosərgi "Mənim Azərbaycanım", Küveyt
  • 2011 — şəxsi fotosərgi "Mənim Azərbaycanım", İran
  • 2010 — şəxsi fotosərgi "Mənim Azərbaycanım", Kuba
  • 2010 — şəxsi fotosərgi "Mənim Azərbaycanım", Meksika
  • 2009 — şəxsi fotosərgi "Mənim Azərbaycanım", Kazan, Tatarıstan
  • 2008 — şəxsi fotosərgi "Mənim Azərbaycanım", Məhəmməd Milli Teatrı V, Rabat (Mərakeş)
  • 2008 — fotosərgi "Mədəniyyətlərin görüşdüyü ölkə", Millətlər Sarayı , Cenevrə (İsveçrə)
  • 2007 — şəxsi fotosərgi "Bakı-dünən, bu gün", Muzey Mərkəzi, Bakı
  • 2007 — fotosərgi "Azerbaycan today", Berlin (Almaniya)
  • 2007 — III Beynəlxalq müasir incəsənət biennalı (hər iki ildən bir keçirilən) "Alyuminiy 2007", Bakı
  • 2006 — fotosərgi "Azərbaycanın müasir fotosu", Müasir İncəsənət Muzeyi, Moskva (Rusiya)
  • 2005 — fotosərgi "Ənənələr və reallıq", Bakı
  • 2005 — "Beynəlxalq müasir incəsənət festivalı", Bakı
  • 2004 — fotosərgi "Azerbaijan today", NATO-nun baş qərargahı, Brüssel, (Belçika)
  • 2003 — fotosərgi "Su və həyat" BMT-nın təşəbbüsü ilə, Daşkənd, (Özbəkistan)
  • 2003 — şəxsi fotosərgi "Dövrün anları", Bakı
  • 2002 — I Bakı Beynəlxalq festivalı "Ayna-2002"
  • 2001 — fotosərgi "Ənənələr və reallıq", Bakı
  • 2001 — fotosərgi "Ətraf mühit", Bakı
  • 1998 — fotosərgi" Free person" (" Azad insan"), Bakı

Fərid Xayrulinin fotomaterialları kitablarda

[redaktə | mənbəni redaktə et]
  • 2011 — "Bakı – böyük şəhərin nəbzi"
  • 2011 — "Bakı haqqında 20 etüd"
  • 2010 — Elçin T.Əliyevın "Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri" üçcildliyi
  • 2010 — "Azərbaycan nefti"
  • 2010 — "Azərbaycan"
  • 2008 — "Müasır Azərbaycan memarları"
  • 2006 — "Xocalı soyqırımı (sənədlərdə, faktlarda və xarici mətbuatda)"
  • 2005 — "Azərbaycan mənim səxavətli ölkəm"
  1. "Fərid XAYRULİN: "Son kadrı çəkəndə avtomat bizə tuşlanmışdı..."". xalqqazeti.com. xalqqazeti.com. 2018-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2018.
  2. Mədəniyyət TV. "Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin xatirəsinə həsr olunan sərgi açılıb" (az.). Youtube.com. 14.05.2024. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  3. Qafqazinfo. "Fərid Xayrulin dünyasını dəyişdi" (az.). Qafqazinfo. 27.08.2020. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-28.