Fərman Qulamov

Fərman Qulamov (4 fevral 1945[1], Astara23 dekabr 2016) - Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam (2016).

Fərman Qulamov
Doğum tarixi 4 fevral 1945(1945-02-04)[1]
Doğum yeri
Vəfat tarixi 23 dekabr 2016(2016-12-23) (71 yaşında)
Fəaliyyəti rəssam
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar rəssamı

1945-ci ildə Astara şəhərində anadan olub[2]. 1967-ci ildə Ə. Əimzadə adına rəssamlıq məktəbini bitirib.1976-cı ildə isə Tiflis şəhərində təhsil alıb. 1986-cı ildə Xəzərətrafı respublikaların Biennalı sərgisində III mükafata layiq görülmüşdür. 1993–1994-cü illərdə Bakı, Fulendorf və Moskva şəhərlərində fərdi sərgiləri keçirilmişdi. 1994-cü ildə "Humay" mükafatı ilə təltif olunan rəssam dəzgah boyakarlığı ilə məşğul olur. Əsərləri Fransa, Almaniya, Polşa, Finlandiya, Türkiyə, İran, Əlcəzairdə nümayiş etdirilib, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Rəssamın "Bu gün" (orqalit) və "Günaydın" (orqalit) əsərləri nümayiş etdirilir.

  • 1945-ci ildə Azərbaycanda, Astara şəhərində anadan olmuşdur.
  • 1967-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.
  • 1976-cı ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirmişdir.
  • 1973-cü ildə Ümumittifaq və Xarici sərgilərdə iştirak etmişdir.
  • 1993-cü ildə Almaniyanın Fulendorf şəhərində fərdi sərgisi keçirilmişdir.
  • 1993-cü ildə Moskvada (Şərq Qalereyasında) "Şərqin Qalereyası" adlı birgə sərgidə iştirak etmişdir.
  • 1994-cü ildə 1993-cü il üzrə ən yaxşı əsər üçün 1-ci mükafata layiq görülmüşdür. Onun işləri Fransa, Almaniya, Polşa, Finlandiya, Türkiyə, İran və Əlcəzairdə keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir. Onun işləri ilə Tretyakov Qalereyasında, Şərq Ölkələrinin Açıq Muzeyində tanış olmaq olar.

24 dekabr 2016-cı ildə vəfat edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Färman Qulamov // https://www.degruyter.com/view/AKL/_40457563.
  2. "Əsrlərin qovuşağında: Fərman Qulamov". 2013-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.