Bu məqalə Azərbaycanda yerləşən şəhər haqqındadır. Digər mənalar üçün Astara səhifəsinə baxın. |
Astara — Azərbaycan Respublikasının Astara rayonunun Astara şəhər inzibati ərazi dairəsində şəhər,[1] Astara rayonunun inzibati mərkəzi.
Şəhər | |
Astara | |
---|---|
Ostoro | |
38°26′24″ şm. e. 48°52′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | −22 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 0700 |
Nəqliyyat kodu | 07 |
Vikianbarda əlaqəli mediafayllar |
1945-ci ildə rayon tabeli şəhər statusu almışdır.[2] Astara şəhəri Astara çayının sol sahilində yerləşir. Bakıdan 313 km məsafədə yerləşir. Şəhərdən 3 km aralıda Astara dəmiryolu stansiyası yerləşir.[3]
Astara sözünün etimologiyasına aid bir neçə versiya və tarixi mənbələr var. Talış toponiminə əsasən "osto" (azərb. ahəstə, asta, asan), "ru" (azərb. yol), yəni "asan yol" deməkdir.[mənbə göstərin] Başqa versiya, asterid (lat. asteridae) yarımsinifinə aid, xüsusən astraçiçəklilər (lat. asterales) bitki sırasına aid bəzi bitkilərin bu ərazilərdə bitməsi ilə əlaqələndirilir. Ptolemey 2-ci əsrə aid olan xəritəsində Xəzər dənizi və qədim Albaniya xəritəsində şəhərin adını "Astarata", bəzi mənbələrdə "Arsarata", bəzi mənbələrdə isə "Arfarata" kimi qeyd etmişdir.[4] Strabon isə özünün "Tarixi hadisələr" barədəki qeydlərində "Astara" adının mövcudluğunu göstərərək ərazi haqqda "dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi" barədə fikirlər söyləmişdir.[4] 17-ci əsrdə yaşamış alman səyyahı Adam Olearinin fikirincə: — "şəhər bölgəyə görə Astara adlandırılıb".[5] Adam Oleariyə görə yerli əhalinin dilindən "ast" (azərb. aşağı, çökək), "ura/ara, ru" (azərb. yer, su, çay, bulaq, yol) kimi tərcümə edilir.[5] Şəhər dəniz səviyyəsindən 22 metr aşağıda olduğuna görə bu versiya şəhərin coğrafi mövqeyi ilə uyğunlaşır. P. V. Jilo və A. N. Kosarevə görə "astara" fars dilindən tərcümədə "esterahət" yəni "istirahət" mənasını verir.[6] Ümumilikdə talış dilində və həmçinin digər iran dillərində sözün mənası "ulduz" kimi qəbul edilir.
Talışlar eyni adlı rayonu və şəhəri "Ostoro" adlandırırlar.
Şəhər haqqında ilk tarixi mənbələrə Ptolomeyin 2-ci əsrdə qələmə aldığı, ilk atlas kimi qəbul edilən "Coğrafiya" əsərində rast gəlinir.
Azərbaycanın İranla sərhəddində (bir hissəsi Cənubi Azərbaycan ərazisindədir), Astaraçayın mənsəbində, Xəzər dənizinin sahilindədir, Lənkəran ovalığındadır. Astara sözü yerli talış dilində və həmçinin digər İran dillərində "ulduz" mənasını verir. XIII əsrə aid mənbələrdə Astara yaşayış məntəqəsi adı kimi xatırlanır. Astara çayının İran sahilində yerləşən şəhər və port da Astara adlanır. Bu şəhərin qədim adı Qum olmuşdur. Fars dilində "qum" sözü də "alçaq yer, aşağı yer" kimi izah edilir. Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal edildiyi dövrdə Astara qəsəbə kimi Bakı quberniyasının Lənkəran qəzasına daxil olub. 1945-ci ildə Astara şəhər statusu alıb.
Astara bir kiçik şəhər olaraq, Azərbaycanın cənub-şərq hissəsi və İran ilə sərhəddə yerləşir. Şəhər şərqdən Xəzər dənizi və qərbdən Talış dağları vasitəsi ilə əhatə edilərək havası rütubətli və nisbətən isti keçir. Bura Azərbaycanın ən çox yağıntılı şəhəridə sayılır.[7]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Etnik qrup |
17 – 23 yanvar, 1939-cu il sa.[12] | |
---|---|---|
Sayı | % | |
cəmi | 1 388 | 100.00% |
azərbaycanlı | 740 | 53.31% |
rus | 423 | 30.48% |
talış | 167 | 12.03% |
ukraynalı | 15 | 1.08% |
erməni | 11 | 0.79% |
alman | 7 | 0.50% |
gürcü | 5 | 0.36% |
yəhudi | 3 | 0.22% |
ləzgi | 2 | 0.14% |
avar | 2 | 0.14% |
digər | 13 | 0.94% |
1979-cu ildə 11,950[13] nəfər əhalisi olan şəhər əhalisi 2009-cu il siyahıyaalmasına əsasən 16,515[13] nəfər olub. Etnik quruluşuna görə azərbaycanlılardan (əsasən talış, qismən türklərdən)[13] ibarətdir.
Astara Rayon Təhsil Şöbəsi 1930-cu ildə yaradılıb.[14] Hazırda Astarada Azərbaycan Respublikası Təhsil Nazirliyinin Astara Rayon Təhsil Şöbəsi tərəfindən idarə olunan, tam orta məktəblərin nəzdində olan 5 ədəd xüsusi sinif,[15] 7 ədəd tam orta məktəb fəaliyyət göstərir.[16] 2 ədəd rayon təhsil şöbəsinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisəsi, Astara rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbi və Astara rayon Uşaq Gənclər İnkişaf Mərkəzi var.[17]
Astara şəhərində Təhsil Nazirliyinin tabeliyində olan, Astara Pedaqoji Kolleci fəaliyyət göstərir.[18] Şəhərə ən yaxın ali təhsil müəssisəsi Lənkəran şəhərində yerləşən Lənkəran Dövlət Universitetidir.
Şəhərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan 2 ədəd qurum, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsi və Astara Rayon Profilaktik Dezinfeksiya Şöbəsi fəaliyyət göstərir.[19]
Şəhər Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bələdiyyə yerli özünüidarəetmə forması ilə bələdiyyə sədri tərəfindən idarə olunur. Hazırda Astara bələdiyyəsinin sədri Anar İbadovdur.[20][21]
Şəhər də daxil olmaqla ümumilikdə rayon ərazisində 1 ədəd məhkəmə, Astara Rayon Məhkəməsi fəaliyyət göstərir. Astara Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Astara rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır. Hazırda məhkəmə sədri Zamin İbrahimovdur.[22][23]
Şəhər rəhbərliyi bələdiyyə və icra hakimiyyəti çərçivəsindədir. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bələdiyyə sədrləri seçkilər yolu ilə təyin olunur. İcra başçısı isə birbaşa Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur. Hazırda həm bələdiyyə sədri həm də icra başçısı YAPı təmsil edir.
Şəhərdə 1 ədəd 77 saylı seçki dairəsi fəaliyyət göstərir.[24] Bundan əlavə ümumilikdə şəhər və rayon əhalisi üçün fəaliyyət göstərən 76 saylı Lənkəran-Astara seçki dairəsi var.[25] 77 saylı Astara seçki dairəsində 44 məntəqə, 39864 nəfər seçici var.[24]
Milli Məclisdə, 2015 və 2020-ci il Azərbaycan Respublikası Milli Məclis seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyini irəli sürərək, 57,6% səslə, 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilmiş ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov tərəfindən təmsil olunur.[26]
Astara şəhəri siyasi səs toplamalamalar üzrə ölkənin mühüm bögələrindən biri hesab olunur. Son siyasi səsverəmələrdə seçici fəallığı ortalama 22%-i təşkil edir.[27][28] 2020-ci il Milli Məclisə keçirilən seçkilərdə yaşı 100 və 100-dən yuxarı olan 4 nəfərin adı seçici siyahısına daxil edilib.[28]
Astara şəhəri "E-119" nömrəli Moskva-Mahaçqala-Bakı-Astara avtomobil yolunun cənub dayanacağıdır.[29]
Şəhərdə 1 ədəd dəmiryolu stansiyası var. Şəhərin ərazisindən beynəlxalq Astara-Rəşt-Qəzvin dəmiryolu keçir. Bu Rusiya, Azərbaycan və İranın mövcud dəmir yollarını birləşdirən nəqliyyat dəhlizidir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsindədir. Xətt Rusiya, Azərbaycan, İran və Hindistanın nəqliyyat və informasiya marşrutlarını inteqrasiya edir.
A
Ə
F
G
İ
K
O
S
T
V
R
Z
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |