Fətəli xan Qacar

Fətəli xan Qovanlı-Qacar (16861726) — Qacar xanı, Astrabad və Mübarəkabad hakimi.

Fətəli xan Qovanlı-Qacar
Fətəli xan Şahqulu xan oğlu Qovanlı-Qacar 
10 noyabr 1722 – 11 oktyabr 1726
ƏvvəlkiMəhəmmədqulu xan Şamlı
SonrakıMəhəmmədəli xan Qullarağası
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Astrabad civarı, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Səfəvilər
Vəfat səbəbi öldürülüb
Fəaliyyəti hərbi lider[d]
Atası Şahqulu xan
Həyat yoldaşı Əminə bəyim
Uşaqları Məmmədhüseyn xan, Məhəmmədhəsən xan Qovanlı-Qacar, Xədicə bəyim
Ailəsi Qacarlar
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fətəli bəy Şahqulu xan oğlu Astrabad civarında doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Oymaqlarına başçılıq etmişdi. Fətəli bəy Şah Sultan Hüseyndən öncə sultan, sonra xan ünvanı almışdı.

Fətəli xan Mübarəkabad qalasının hakimi olmuşdu. Qəzvin hakimi Məhəmməd xan Türkman və vəziri Əhməd sultan onu tutmaq üçün ora gəlir. Fətəli xan yomut türkmənlərinin yanına qaçır. Orda evlənir. Eşidir ki, qardaşlarını qalada öldürüblər. TürkmənQacarlardan yığdığı qoşunla Mübarəkabada gəlir. Məhəmməd xanı, Əhməd sultanı və Əsləməş xanı öldürüb, qalaya yiyələnir.

Şəkər bəy Cahanbəyli-Kürd səs yayır ki, Fətəli xanı öldürmüşəm. Bu hayı eşidən Qacar başçıları Məhəmmədhüseyn xan, Fəzləli bəy, Məhəmmədtağı bəy qalaya gəlirlər. Baxırlar ki, bu səs-küy kürdün hiyləsidir. Aralanıb gedirlər.

Fətəli xan əfqanların paytaxta basqın xəbərini eşidib, dəstəsinin başında köməyə tələsdi. Şəhərin qarışıq vəziyyətdə olduğunu görüb, geri qayıtdı.

Fətəli xan Qacarın İsfahanın mühasirəsi zamanı Şah Sultan Hüseyn sarayına yardım göstərmək niyyəti məlumdur. Sonradan Fətəli xan Qacar Simnan hakimi olanda Təhmasib Mirzə onu yenidən əfqanlara qarşı döyüşə girməyə cəlb etdi. Təhmasib özü Əşrəfin qurduğu tələdən canını qurtarandan sonra Fətəli xana əfqanlarla döyüşmək əmri verdi. Fətəli xan Qacar bu əmri qəbul etdi və əfqanlarla Tehran yaxınlığındakı İbrahimabadda döyüşə girdi və bu döyüşdə məğlub oldu. Həmin məğlubiyyət Fətəli xanla Təhmasib arasındakı münasibətlərin kəskinləşməsinə səbəb oldu. Məğlubiyyətdən sonra Fətəli xan Qacar Mazəndarana qaçdı və oradan da Damğana yollandı. Həmin günlərdə Təhmasibin sərkərdələrindən olan Zülfüqar adlı birisi yenidən qoşun toplamağa başladı. Fətəli xan belə bir qoşun dəstəsinin toplanmasını eşidib onun üzərinə hücum çəkdi. Bu dəstə geri çəkilməklə məhv olmaqdan xilas oldu.

Şah II Təhmasib Səfəvi Tehran ətrafında əfqanlara məğlub olub, Mazəndarana, Behşəhrə Fətəli xanın yanına qaçmışdı. Fətəli xan Gürganın hakimi idi. Onun tabeliyində qacarlardan başqa türkmən döyüşçüləri vardı. Onlar II Təhmasibə qulluq etməyə başladılar. Tarixçi Ələsgər Şəmim yazır: "Şah II Təhmasib qızılbaşların dağılmış ordusunun əsgərlərindən, Xəmsə əyalətində yaşayan Avşar və başqa ellərdən bir ordu yaratdı. Azərbaycanı, Qəzvini, Gilanı ələ keçirdi. Qacar elini özünə birləşdirmək üçün Gürgana getdi. Qacar elinin Aşağıbaşlı camaatının başçısı Fətəli xan yuxarıbaşlıları da toplayıb, ona qatıldı. Şah Tehranı almaq üçün Fətəli xanı ora göndərdi. Fətəli xan Əşrəf Əfqanı orda məğlub etdiyindən şan-şöhrət qazandı, bütün səfəviyyə ordusunun baş komandanı oldu. Qacar elindən ilk adam idi ki, bütün ordunun komandanı təyin edilmişdi".[1]

II Şah Təhmasib Simnanın hakimiyyətini də Fətəli xana vermişdi. Həmin arada Fətəli xan II Şah Təhmasibin baş sərkərdəsi olmuşdu. II Şah Təhmasib Fətəli xan ilə birlikdə, Məşhəddəki Məlik Mahmud Sistaninin isyanını yatırtmaq üçün oraya qoşun çəkdi və Məşhədi mühasirə etdi. Şəhəri almadan öncə Nadirqulu xan Fətəli xanın rəqibi olduğundan, II Şah Təhmasibu öyrədib onu aradan götürtdü.

Fətəli xan (hicri 1139-cu ilin səfər ayının 14-də) 12 oktyabr 1726-cı ildə öldürüldü.

Fətəli xan Türkmənlərin Yomut tayfasından bir qızla, Əminə bəyimlə, Hüseynqulu ağa Qacarın qızı ilə evlənmişdi. Məmmədhüseyn xan, Məhəmmədhəsən xan adlı oğulları, Xədicə bəyim adlı qızı vardı.

  1. Ə. Şəmim. İran dər dövreyi-səltənəti-Qacar. Bakı: "Elm" nəşriyyatı, II çapı, 1370 hicri, səh. 22-23. farsca.
  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.
  • Ə.Şəmim. İran dər dövreyi-səltənəti-Qacar. Bakı: "Elm" nəşriyyatı, II çapı, 1370 hicri, səh.22-23. (farsca).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]