Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fəxrülmülk, tam adı Əbül Fəth Əli bin Nizamülmülk Əl-Tusi (Farsca: فخر الملك, d. 1042-43 - ö. 11 sentyabr 1106), Börkiyaruq dönəmində Böyük Səlcuq İmperiyası vəziri, keçmiş vəzir Nizamülmülkün oğlu.
Fəxrülmülk | |
---|---|
فخر الملك | |
Doğum tarixi | 1042-1043-cü illər |
Vəfat tarixi | |
Vəfat səbəbi | qətl |
Milliyyəti | oğuz türkü |
Atası | Nizamülmülk |
Fəxrülmülk I Məlikşah dönəmində Böyük Səlcuq İmperiyası vəziri olan Nizamülmülkün ən böyük oğludur. 1042-43-cü illərdə anadan olmuşdur. Çağrı Bəyə xidmət etmişdir. Börkiyaruq taxta çıxan zaman paytaxt İsfahan şəhərinə getmək üçün yola çıxdı. Ancaq yolda Türkan xatunun adamları tərəfindən tutuldu və bir müddət sonra onların əlindən qaçaraq Həmədana getdi. Həmədanı idarə edən Börkiyaruqun əmisi Tacüddövlə Əbu Səid Tutuş idi. Tutuş Fəxrülmülkü vəzir təyin etdi və sonra Tutuş ilə Börkiyaruq arasında olan müharibədə Tutuşun məğlub olmasına görə əsir oldu. Lakin, bir müddət keçdikdən sonra buraxıldı. Vəzir olan qardaşı Müəyyidülmülkü vəzirlikdən azad edilməsi üçün fəaliyyət göstərdi. I Məlikşahın həyat yoldaşı Zübeydə Xatunu Müəyyidülmülkün əleyhinə olaraq məlumatlandırdı və Börkiyaruqa hədiyyələr verərək qardaşını vəzirlikdən azad etdirib həbs etdirdi və bu hadisədən sonra 1095-ci ilin fevral ayında Börkiyaruqun vəziri təyin olundu. Bir il bu vəzifədə qaldıqdan sonra 1096-97-ci illərdə vəzirlikdən azad edildi. Sabiq vəzir olan Fəxrülmülk bundan sonra Nişapurda həyatını davam etdirdi.
Fəxrülmülk Əhməd Səncər tərəfindən 1106-cı ildə vəzirliyə gətirildikdən bir müddət sonra eyni il içərisində bir batini fədaisi tərəfindən qətlə yetirildi.