Fəxrəddin İsayev (tam adı: Fəxrəddin Xudu oğlu İsayev; 21 mart 1963, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Fəxrəddin İsayev | |
---|---|
Fəxrəddin Xudu oğlu İsayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Xudu |
Anası | Rəhilə |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Sürücü |
Fəxrəddin İsayev 1963-cü ilin 21 mart tarixində Bakı şəhərində, Biləcəri qəsəbəsində anadan olmuşdur. 1985-ci ildə, 22 yaşında olarkən, azərbaycanlı xanıma sataşan erməni zabitlə mübahisə zamanı onu bıcaqla qətlə yetirmiş, tutularaq bir müddət azadlıqdan məhrum edilmişdir.[2]Azadlığa çıxdıqdan sonra Cənubi geologiya idarəsində sürücü işləyirdi. Azadlıq hərəkatına ilk günlərdən qoşulmuş, ömrünün sonuna kimi orada fəaliyyət göstərmişdir.[2]
Nişanlı idi. Özündən başqa üç bacısı, bir qardaşı var idi: Elmira, Gülnarə, Adil, Sevinc. Atası Xudu Bədirxan oğlu İsayev Yardımlı rayonunun Alçabulaq kəndində doğulmuş, Böyük Vətən müharibəsinin iştirakçısı, əmək veteranı olmuşdur.
19-dan 20-nə keçən gecə təxminən saat 24 radələrində evdən çıxmış, XI Qızıl Ordu meydanına getmişdir. Dinc əhaliyə qarşı silahlı basqın olunanda Fəxrəddin yaralıların bir qisminə kömək etmiş, onları imkan daxilində təcili yardım maşını ilə Respublika Xəstəxanasına daşımışdır.[2] Belə daşımaların birində[2] təcili tibbi yardım maşını XI Qızıl Ordu meydanında, qəzet köşkünün yaxınlığında[3] atəşə məruz qalmış, Fəxrəddin baş, sinə və qarın nahiyəsindən güllə yarası almışdır.[4]
Sabahısı gün meyitini qardaşı[5]Semaşko adına xəstəxananın meyitxanasından tapmışdır. Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Biləcəri qəsəbəsi, Y. Hüseynov küçəsi, ev 87, mənzil 22.