Fəxrəddin Ağayev

Fəxrəddin Güləli oğlu Ağayev (16 aprel 1956, Xaçmaz rayonu) — Azərbaycan Milli Aerokosmik Agentliyi, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru, texnika elmləri doktoru, professor.

Fəxrəddin Ağayev
Fəxrəddin Güləli oğlu Ağayev
Doğum tarixi 16 aprel 1956(1956-04-16) (68 yaş)
Doğum yeri
Elm sahəsi kosmik texnologiyalar
Elmi dərəcəsi
Elmi adı
İş yerləri Azərbaycan Milli Aerokosmik Agentliyi, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru
Təhsili
Mükafatları "Tərəqqi" medalı

Fəxrəddin Ağayev 16 aprel 1956-cı ildə Azərbaycan Respublikasının Xaçmaz rayonunda anadan olmuşdur. 1978–1982-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində təhsil almışdır. 1982–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1985 – 1993-cü illərdə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində elmi işçi, bölmə rəisi, baş direktorun müavini, müəssisə direktoru vəzifələrində çalışmışdır. 1993–1995-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini, 1995 – 2005-ci illərdə Kosmik Cihazqayırma Xüsusi Konstruktor Bürosunun direktoru, 2005 – 2007-ci illərdə elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunda direktor, 2007-ci ildən hal–hazıradək Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktorudur.

Ailəlidir, 4 övladı var.

1978 – 1982-ci illər — Azərbaycan Dövlət Pedaqoji Universiteti (təhsil aldığı illərdə V. İ. Lenin adına təqaüd almış və ali məktəbi fərqlənmə ilə bitirmişdir)

Elmi dərəcəsi

[redaktə | mənbəni redaktə et]
  • 2003-cü il – texnika elmləri doktoru
  • 2010-cu il – professor elmi adı

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 2003 – 2013-cü illərdə — Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • 2013 – 2015-ci illərdə — Milli Aviasiya Akademiyası
  • 2015-ci ildən hal – hazıradək – Azərbaycan Neft və Sənaye Universiteti

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • YAP Binəqədi Rayon Təşkilatının üzvü
  • Azərbaycan Dövlət Ali Attestasiya Kommissiyasının eksperti
  • "AMAKA Xəbərlər" jurnalının redaksiya heyətinin üzvü
  • "Xüsusi texnika və texnologiya" jurnalının redaksiya heyətinin üzvüdür
  • 2013-cü ildə Tərəqqi medalı ilə təltif olunub
  • 2014-cü ildə Leybnis medalı ilə təltif olunub
  • 2021-ci ildə dünya miqyasında elm və təhsildə xidmətlərinə görə Avropa Şərəf ordeni ilə təltif olunub
  • 2022-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı ilə təltif olunub

7 beynəlxalq sertifikata layiq görülmüşdür

Elmi maraq dairələri

[redaktə | mənbəni redaktə et]
  • Məsafədən müşahidənin kosmik sistemləri
  • Kosmik məlumatların emalı metodları
  • Aerokosmik ekoloji monitorinq

Kosmik texnologiyaların müxtəlif problemlərinə həsr olunmuş 8 monaqrafiya və 140 – dan çox elmi məqalənin, o cümlədən 2 patentin müəllifidir

Hazırladığı kadrlar

[redaktə | mənbəni redaktə et]

9 nəfər texnika üzrə fəlsəfə doktoru

Beynəlxalq tədbirlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

21 – dən artıq beynəlxalq elmi konfranslarda iştirak etmişdir

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]