Fəxrəddin Cəbrayıl Əhəri

Fəxrəddin Cəbrayıl bin Əhməd Peykər Əhəri (?-?) — Eldənizlilər dövlətinin əmiri.

Fəxrəddin Cəbrayıl Əhəri
Doğum tarixi XIII əsr

İbnül-Fuvatiyə görə "Təşkinül-Kəbir" adlı bir zatın oğlu olan hacib Fəxrəddin Cəbrail Əhəri haciblər soyuna mənsub idi. Hacib Fəxrəddin Cəbrailin Nurüddin Mikail adlı bir qardaşi də vardı. Hacib Fəxrəddin Cəbrail Azərbaycandakı Əhər, Əvrab, Mincarun qalaləri və bu qalalərin ətrafındakı bölgələrin hakimiydi. O, Eldənizlilərin Vəziri Rəbibüddin Əbül-Kasım Harunun yaxın arxadaşıydı. İbnül-Fuvati Fahrüddin Cəbrailin ölümündən sonra Şəmsüddin Əlişirin Azərbaycan Atabəylərinin sarayında hacibliğə təyin olunduğunu qeyd etmişdir[1].

İbnül-Fuvatinin Məcmaül-Adabını tədqiq və nəşr edən Dr. Mustafa Cəvad "Təşkinül-Kəbir" adını şərh edərkən "bu ad Nuştəgini çağırıştırıyor və Nuştəgin, Əbu Nasr bin Cuhəyrin xidmətindəki əmirlərdəndi" şəklində qeyd düşmüşdür. Azərbaycanın coğrafyası və tarixinə bələd olmaması naşirin yanılmasına səbəb olmuşdur. Burada sözü edilən şəxs əslində "Təşkinül-Kəbir" deyil, Piştəkindir. Bu şəxs və onun soyuyla ilgili Nəsəvinin əsərində geniş və ilginç bilgilər verilir. Nəsəviyə görə sultan Cəlaləddin bin Məhəmməd Xarəzmşah (1200–1220) İran, İraq-i Əcəm və Azərbaycanın bir qismini işgal edərək Atabəy Özbəkin (1211–1225) ordusunu məğlub etmiş və bu sırada bəzi dövlət adamları və sərkərdələr əsir olaraq Xarəzmlilərin əlinə kəçmişdilər. Bunların arasında Atabəy Özbəkin vəziri Rəbibüddin Əbülqasım Harun və Atabəyin əmirlərindən Məlik Nüsrətüddin Məhəmməd bin Piştəkin (öl. 1231) də vardı. Sultan Cəlaləddin bin Məhəmməd Xarəzmşah hər gün Həmədanın meydanında çövkan (polo) oynayır, əsir vəzir və əmirləri də meydanda ayaqda duraraq onu seyr etməyə məcbur edirdi. Bunu etməkdə əsl məqsədi əsir aldığı dövlət adamlarını təhqir etmək idi. Hardasa hər gün təşkil etdiyi bu oyun mərasimlərindən birində Xarəzmşahın gözü Məlik Nüsrətüddin Məhəmmədin qulaqlarındaki böyük sırğalara ilişmişdi. Bu halqavari sırğaların hər biri bilərzik böyüklüyündəydi. Sultan Məlik Nüsrətüddinə yaxınlaşaraq "bunlar da nədir belə?" deyə soruşmuşdu. Məlik Nüsrətüddin belə cavab vermişdi: "Böyük Səlcuqlu sultanı Alp Arslan ibn Davud (1063–1072) Gürcü çarının (IV Baqrat) ordusunu məğlub etdiği zaman (1064) əsir alınmış Gürcü sərkərdələri onun yanına gətirmişdilər. Sultan onları edam etdirməyərək canlarını bağışlamış, daha sonra onları Böyük Səlcuqlu dövlətinə xidmət etmələri şərtiylə azad etmişdi. Alp Arslan onların hər birisinin qulağına özəl olaraq hazırlatdırıb içinə öz adını yazdırdığı qızıl sırğalar taxdırmışdı. Səlcuqluların zəiflədiyi dönəmlərdə bu məmlüklər itaətdən vaz keçdilər. Onlardan sadəcə mənim babam İslama girmişdi. O, Allaha itaət və sultana sədaqətindən ötrü heç bir zaman peşman olmadı"[2]. Onun bu sözləri Sultan Cəlaləddin bin Məhəmməd Xarəzmşahın qəlbinə təsir etmişdi. Onu əsirlərin arasından ayırmış, hətta öz əliylə ona xələt geydirmişdi. Məlik Nüsrətüddin özünün Azərbaycanda haralara hakimi olduğunu soran Xarəzmşaha "Əhər və Ləvla qalalarının hakimiyəm" deyə cavab vermişdi. Sultan Cəlaləddin bin Məhəmməd Xarəzmşah ona əskidən sahib olduğu torpaqları və əlavə olarak Sərab şəhərini də ona verdiyinə dair fərman vermişdi[3].

Gördüyümüz kimi Məlik Nüsrətüddin Məhəmməd bin Piştəkin babasının Gürcü sərkərdəsi olduğunu, əsir düşdükdən sonra azad edildiyini, daha sonra İslamı qəbul edərək Əhər və ətraf bölgələrin hakimi olduğunu bildirmişdir. İbnül-Fuvati isə Hacib Fəxrəddin Cəbrailin atasının adını "Təşkinül-Kəbir" yani Böyük Təşkin (yəni Piştəkin) olduğunu qeyd etmişdir. Məcmaül-Ədabın bilinən tək əlyazma nüsxəsi mövcuddur. Ehtimal ki, əlyazmada bu ad "Biştəginül-Kəbir" və ya "Bişkinül-Kəbir" olaraq qeyd edilmişdir. Bilindiyi kimi Ərəb dilində "p" səsi və hərfi yoxdur. Naşir isə bu adı "Təşkin" olaraq oxumuşdur. Dr. Mustafa Cəvadı ərəb orfoqrafiyasının özəlliklərindən irəli gələn qarma-qarmaşıqlığın yanıltdığını düşünürük. Məlik Piştəkinin Əhərin yanısıra sahib olduğu, adını Nəsəvinin Ləvla, İbnül-Fuvatininsə Ərvab olaraq qeyd etdiği qala isə indiki Meşkin şəhəridir. Meşkin şəhəri Azərbaycanın güneyində, Əhərlə Ərdəbil arasındadadır. Meşkin "Piştəkin"in zamanla deformasiya olmuş şəklidir. Həmidullah Müstəvfi Qəzvini (öl. 1350) Azərbaycanla ilgili coğrafi bilgiləri verərkən "Pişkin" başlığı altında belə yazmışdır: "Bu şəhərin əski adı Vəravi idi. Fəqət daha sonra Gürcü Pişkin buraya vali olaraq təyin edildi və şəhər onun adı ilə anılmağa başladı"[4]. Həmidullah Müstovfinin "Pişkin" olaraq adlandırdığı bu Gürcü vali şübhəsiz şəhərin hakimlərinin babası Piştəkindən başqası deyildi.[5] İbnül-Fuvatinin qeyd etdiyi bilgilərdən Hacib Fəxrüddin Cəbrail Əhərinin vəzir Rəbibüddin Əbülqasım Harunla çağdaş olduğunu öğrənirik. Buradan yola çıxaraq Hacib Fəxrüddin Cəbrailin XII yüzilin sonu və XIII yüzilın əvvəllərində yaşadığını təxmin edə bilirik. Böyük ehtimalla yuxarıda bəhsi keçən Məlik Nüsrətüddin Məhəmməd, hacib Fəxrüddin Cəbrail Əhərinin və ya onun qardaşi Nurüddin Mikailin oğlu idi.

  1. İbnül-Fuvati 1965: 140
  2. Nəsəvi 1952: 60–61
  3. Nəsəvi 1952: 60–61
  4. Qəzvini 1919: 85
  5. Petruşevski 1949: 79.