Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fəxrəddin Əlisahib oğlu Dadaşov (26 sentyabr 1950, Bakı) — musiqiçi, kamança ifaçısı, professor, dosent (2007), Azərbaycan Respublikasının xalq artisti (2005).
Fəxrəddin Dadaşov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 sentyabr 1950 (74 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Janr | muğam |
Musiqi alətləri | kamança, kamança[d] |
Mükafatları |
F. Dadaşov 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra, Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirmişdir.
O, 1977-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir.
1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Ə. Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır.
Dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya, Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt diskləri çıxıb.
1988 və 1998-ci illərdə Fransada keçirilən Beynəlxalq festivalın laureatı olmuşdur.
69 xarici ölkədə, F. Dadaşov o cümlədən Kanada, ABŞ-nin Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə, Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər vermişdir.
C. Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
28 oktyabr 2000-ci ildə əməkdar artist, 16 sentyabr 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |